Ölkə

Təhsil müəssisələri xəstəllik mənbəyinə çevrilib

16-10-2016, 14:48
Təhsil müəssisələri xəstəllik mənbəyinə çevrilib  Xeberman.com -a adının açıqlanmasını istməyən mənbəmiz bildiri ki, Cəlilabad rayon təhsil müəssisələrində sanitariya-gigiyena və tibbi -iaşə xidməti yox vəziyyətindədir. Yolxucu xəstəliklər sürətlə yayılmaqdadır. Bəzi yerlərdə artq karantinə ehtiyac var. Məktəblərdə antisanitarya qaydalarına riayət olunmamasının əsas səbəblərindən biri sanitar qovşaqalarının bərbad vəziyyətdə olmasıdırsa, digər səbəb texniki işçilərin adının gedərək özlərinin olmamasıdır. Bunun məsuliyyəti isə birbaşa məktəb direktorlarının üzərinə düşür. Aidiyatı orqanlara müraciət olunsada onlar gəlib buna görə pul almaqla kifayyətlənirlər . Gələcəyimiz ciddi təhlükə altndadır amma heç kim fərqinə varmaq istəmir. 
Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məhlükəəktəbdə vəziyyət daha dəhşətlidir. Burada məktəblə qonşu olan evlərin hamısı öz kanalizasıyasını məktəbin həyətinə buraxir, məktəbdə şagirdlər üçün ayaq yolu bırbad vəziyyətdədir. Məktəbin hyətində bir az durub müşahidə etsəniz görəcəksiniz ki, ibtidai sinifin şagirdləri məktəbin həyətindəki ağacların altında öz təbii ehtiyaclarını ödəyirlər. Bu məktəbdə 30 texniki işçidən cəmi 13 nəfəri məktəbə gəlib işləyir. Direktor isə açıq şəkildə işə gəlməyən texniki işçilərin pulunu Elminaz Nadirovaya verdiyini etiraf edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]