Ölkə

Nazir müavini ilə idarə müdirini bağlayan maraqlar nədir?

28-11-2016, 01:37
Nazir müavini ilə idarə müdirini bağlayan maraqlar nədir?

Kend.info olaraq son vaxtlar kənd təsərrüfatı nazirliyinin İsmayıllı rayon idarəsi haqqında xeyli xoşagəlməz yazılar dərc etsək də heç bir tədbir görülmür.Zamanında saytımıza belə bir informasiya sızmışdı ki,yerli idarə müdiri vəzifəsini əvəz edən şəxs Həsən Həsənovun kənd təsərrüfatı nazirliyində güclü himayədarı var.Açığı bu himayədarın kimliyini çox çalışsaq da dəqiqləşdirə bilmədik.Digər tərəfdən H.Həsənovla şəxsi düşmənçiliyimiz olmadığı üçün düşündük ki,kiv olaraq üzərimizə düşəni etdik.Fikirləşdik ki,qalan qanuna zidd əməllərə görə H.Həsənovu təmsil olunduğu qurum cəzalandıracaq və məqsədə müvafiq qərar elan edəcək.Qeyd etdiyimiz məsələ ilə bağlı kend.info ya kənd təsərrüfatı nazirliyinə yaxın olan mənbədən ilginc informasiya daxil olub.Həmin informasiyanı dəyərli izləyicilərimizə təqdim edirik.

 

***

 

Sən demə torbada pişik var.

 

Mənbənin sızdırdığı informasiya:Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıb oğlu Talıbov,İsmayıllı rayonunun kənd təsərrüfatı idarəsinin rəisi əvəzi Həsən Həsənovu müdafiə edir.Seyfəddin Talıbov nazir Heydər Əsədovu aldadır ki,İsmayıllıda hər şey qaydasındadır və yerli kadr uğurli iş qurub.Belə ki,İsmayıllıda kənd təsərrüfat təyinatlı torpaq sahələri H.Həsənovun rəhbərliyi altında dövriyyədən çıxarılır,torpaq sahələrinin üst,münbüt qatı qazılaraq əsaslı tikinti işləri aparılır.Qeyd olunan ərazilərdə süni göllər yaradılır,torpaq yük maşınları ilə Bakı şəhərinə daşınır.Həsən Həsənovla Seyfəddin Talıbovun münasibətlərini İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun razılığı ilə Mirdaməd Sadıqovun xalası oğlu Rəsul Balayev qurmuşdur.H.Həsənovun qanunsuz hərəkətlərinə nazir müavini Seyfəddin Talıbovun göz yummasına səbəb Rəsul Balayevin vasitəsi ilə götürülən və geri qaytarılmayan əmanətdir.Buna görə də nazir müavini H.Həsənova söz verib ki,narahat olma,hər şeydən cənab nazir Heydər Əsədovun xəbəri var.

 

Redaksiyadan:Kend.info olaraq qeyd edirik ki,bu informasiya ətrafında araşdırmalarımız davam edir.Burada haqqında söhbət gedən əmanətin nədən ibarət olduğu haqqında geniş bilgilərimiz olmadığı üçün mövzunun üzərinə getməyi lazım bilmədik.Mövzuya qayıdacağıq.Adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq.

 

Kend.info İnformasiya şöbəsi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]