Ölkə

Nazirlik: “Qiymət artımı olmayacaq”

21-12-2015, 13:52
Nazirlik: “Qiymət artımı olmayacaq”Hazırda bazarda heç bir ciddi qiymət artımı yoxdur. Ət, eləcə də meyvə-tərəvəz məhsulunun qiyməti stabil olaraq qalır.

Bu sözləri Axar.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ölkədə baş verən ikinci devalvasiyanın qiymətlərə təsirindən danışarkən deyib.

O, süni qiymət artımının qarşısının alınması barədə tədbirlər planının həyata keçirildiyini bildirib:

“Nazirlik olaraq ayın 26-dan beş günlük kənd təsərrüfatı məhsullarının yarmakasını keçirəcəyik. Heç bir məhsulda qiymət artımı müşahidə olunmur və olunmayacaq.

Suni qiymət artımı etmək istəyən şəxslər barədə isə Nazirlik tərəfindən müxtəlif tədbirlər görüləcək. Heç bir narahatçılığa əsas yoxdur”.

Qeyd edək ki, bu gün manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyası baş verib. Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]