Kriminal

Kənd Təsərrüfatı Nazirliyində yanğın: ...yanaraq kül oldu

11-02-2016, 16:51
Kənd Təsərrüfatı Nazirliyində yanğın: ...yanaraq kül oldu

Dünən gecə Kənd Təsərrüfatı Nazirliyində yanğın hadisəsi olub.

Bu barədə məlumatı Qaynar.info-ya nazirliyin əməkdaşlarından biri verib.

Əməkdaşın sözlərinə görə, yanğın nazirliyinin aparat rəhbərinin otağında baş verib. Nəticədə otaqda olan bütün əşyalar, yanaraq kül olub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğına nəyin səbəb olması isə hələ məlum deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]