Ölkə

Qəbələ məhkəməsi haqqında.Hakim və icra qrupu sələmçilərlə əlbirdirlər

18-10-2016, 01:22

Qəbələ məhkəməsi haqqında.Hakim və icra qrupu sələmçilərlə əlbirdirlərKend.info olaraq Qəbələ rayonundan şikayət məktubu almışıq.Şikayətdə rayon məhkəməsində cərəyan edən olaylar,icra qrupunun həyata keçirdiyi hərəkətlər və sairlər barəsində qısa informasiyanı dəyərli izləyicilərimizə təqdim edirik.

 

***

Şikayətçi Qəbələ rayonu Sırt Yengicə kənd sakini Əlbəşirov Balağa Elman oğludur.

Mən 2012-ci ildə Hüseynova Bahar Hümbət qızından borc olaraq 9130 manat sələmə pul götürmüşəm.Həmin pulu 2015-ci ilin noyabrında ödəyib qurtarmışam.Mən usta işləyirəm.Hazırda da respublikanın harasında iş tapdımsa gedib işləyib ailəmi dolandırıram.Yəni demək istəyirəm ki,sənətkaram və qeyd edilən pulu qaytarmışam.

qebele-qanunsuz-qerar-sekil

 

***

Adını çəkdiyim qadın Bahar Hüseynova Qəbələ rayon məhkəməsinin icra qrupu ilə əlbir olaraq mənə qarşı borcun ödənilməməsi ilə bağlı iddia qaldırıblar və hakim Vahid Sadıqova özlərinin dediyinə görə rüşvət verməklə əleyhimə qərar qəbul elətdiriblər.Bahar Hüseynova hətta özünə bu işdə vəkil də tutub.Elə məhkəmə prosesləri olub ki,iştirakım olmadan keçirilib.

 

***

Bunların fikri ilə mən inzibati qaydada 528-ci maddə ilə bir ay həbs olunmalı idim.Sentyabr ayının 19-u məhkəmə fasiləsi zamanı nahara getdim və geri qayıtmadım.Mən ədliyyə nazirliyinin qaynar xəttinə və bir sıra əlaqədar qurumlara mənə qarşı olunan haqsızlıqlar barəsində məlumat verdim.

qebele-vekil-qerezli-sekil

 

***

Hakim Vahid Sadıqov telefonla mənə zəng edərək hədələdi ki,başına oyun açacam,gəl prosesdə iştirak et.Mən prosesə getməkdən imtina etdim.Çünki bunlar qəsdən mənə torba tikiblər.Bunlar məni həbs etmək istəyirlər.Qeyd edirəm ki,icra qrupunun icraçısı Elburus Hacıyev adı çəkilən qadınla əlbirdir.Həmin qadının vəkili də onlarla əlbirdir.Bu adamlar məndən öncə də onlarla şəxslərdən belə qeyri-qanuni üsullarla pul qopardıblar.Mən üzümü dövlət qurumlarına tutub deyirəm.Qəbələ məhkəməsinin hakimi Vahid Sadıqov,icraçılar qrupu başda Elburus Hacıyev olmaqla sələmçilərlə,şər-böhtan atmağı bacaran adamlarla əlbir olub,insanların başına oyun açırlar.Bizi vadar edirlər ki,özümüzə qəsd edək.

 

***

Mən ədliyyə naziri cənab Fikrət Məmmədovdan,baş prokuror cənab Zakir Qaralovdan,DTX-nin rəisi cənab Mədət Quliyevdən artıq dərəcədə xahiş edirəm ki,bu qanunsuzluğun qarşısı dərhal alınsın.Bu adamlar məni bir ya iki günə həbs edib bütün əmlakımı əlimdən almaq istəyirlər.

 

Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]