Əsas Səhifə / Ölkə

Siyalə Rüstəmova vurulacaq?

20-06-2014, 07:47
Siyalə Rüstəmova vurulacaq?
Sialə Rüstəmovanın adı da “vurulacaq” kadrların siyahısına düşüb

Kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi qurumda kadr islahatları davam edəcək. Bu barədə Xalqxeber.Az-a adıçəkilən nazirliyə yaxın qaynaqlardan bildirilib.
Xatırladaq ki, kənd təsərrüfatı nazirinin iki müavini bir müddət əvvəl vəzifədən azad edildi. Bunlar Aslan Aslanov və Bəhram Əliyev idi.
Qarşıdakı günlərdə nazirlikdə hansı kadrların “vurulacağına” dair isə iddialar xeyli intensivləşib. Məsələn, belə iddiaların bəzilərinə görə, nazirliyin tərkibindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ictimai rəydə hədsiz korrupsiyalaşmış qurum obrazı yaratması və bunda səhmdar cəmiyyət üzvlərinin “misilsiz xidmətlərinin” olması yeni kənd təsərrüfatı nazirinin “Aqrolizinq”in indiki rəhbər vəzifədə olanları da işdən kənarlaşdıracağı qənaətini qətiləşdirir.
Xalqxeber.Az-a nazirliyin tərkibindəki Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın da işindən kənarlaşdırılacaq kadrların siyahısına düşdüyü bildirildi. İddialara görə, Heydər Əsədov adıçəkilən xidmətin fəaliyyəti ilə bağlı bir çox bilgilər əldə edib və bu qurumun yeni nəfəsə ehtiyacı olduğu qərarına gəlib. Beləliklə də, qarşıdakı günlərdə Dövlət Baytarlıq Xidmətinin hazırki rəisi işindən uzaqlaşdırılsa və bu quruma yeni rəis təyin edilsə, heç kim təəccüblənməməlidir.
Qeyd edək ki, Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti uzun müddətdir KİV-də tənqid edilir. Bir qədər əvvəl isə mətbuat yazdı ki, adıçəkilən qurumun 2013-cü il üzrə illik büdcəsi 18,4 milyon manat müəyyənləşib. Bundan başqa, 2005-2012-ci illərdə bu quruma 16,6 milyon manat dövlət investisiyası yatırılıb. Amma həmin pulların xərclənməsində şəffaflıq demək olar ki, yoxdur. Mətbuat qeyd edir ki, Dövlət Baytarlıq Xidməti indi daha çox ət dükanlarından xərac yığmaqla məşğuldur: ona görə də kənd təsərrüfatı nazirinin adıçəkilən qurumun bu cür obrazını dəyişdirmək üçün kadr islahatlarına getməsi tamamilə gözləniləndir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]