Ölkə

İsmayıllı rayon rəhbərliyinə daxil olan şəxslər xırtdəyinə kimi korrupsiyanın içərisindədirlər.FOTO VİDEO

28-11-2016, 01:30
İsmayıllı rayon rəhbərliyinə daxil olan şəxslər xırtdəyinə kimi korrupsiyanın içərisindədirlər.FOTO VİDEO

Kend.info olaraq xeyli vaxtdır ki,İsmayıllıda baş qaldırmış narazılıqları incələməklə məşğuluq.Araşdırmalar nəticəsində hasil etdiyimiz mətləblərin üstünə bütün məmurlar kölgə salmağa çalışırlar.Çünki real araşdırma,günahkarların ifşası onlara sərf etmir.Bütün spektirlər üzrə ölçib-biçdikdə bu qərara gəlmək olur ki,İsmayıllının hazırki rəhbərliyi İsmayıllıya sanki bəla biçmək üçün gəlib.Bəlkə də İsmayıllı hadisələrində hazırki rəhbərliyin də əli var.Vallah nə bilmək olar?Həyatın çox qəribəlikləri var.Bu sözü niyə qeyd etdik.Çünki bunca qollarını cırmalayıb rayonu talan etməyə girişmişlər toplumuna bundan artıq nə ad qoymaq olar?Bunca acgözlükmü olar?Bunca elə-obaya düşmən yanaşmamı olar?Niyə bu talana son deyən tapılmır?Məncə də bu sualın cavabı sadədir.Rayon barəsində əsl həqiqətlər dövlət başçısından,dövlətin varlığına cavabdeh olan sorumlulardan gizlədilir.Məhz buna görə mərkəzi hakimiyyətin başında dayanan cənablar İsmayıllıda cərayan edənlər barəsində doğru-dürüst bilgi əldə edə bilmirlər.Bilmirlər ki,yeni rəhbərlik İsmayıllını yenə oda-alova,üsyana,sosial partlayışa sürükləyir.Kimdir günahkar?Hansı səbəbə?Səbəb sadədir.Rayonun hazırki siyasi rəhbərliyi nəfsinin ucbatından,pula hərisliyinin ucbatından,idarəetmədə piyada olmağı ucbatından,kadr seçimini düzgün təyin edə bilməməsi ucbatından,rayonu sürətlə uçuruma doğru aparır.Buna görə də hesab edirik ki,mərkəzi hakimiyyət,şəxsən dövlət başçısı cənab İlham Əliyev yaşananlara müdaxilə etməlidir.Bu qeyd etdiklərimiz qalsın bir kənarda.Sizə kimdən danışım?Əsərin qəhrəmanından.

biznesmen-muavin

20161127_153342

20161127_153355

***

 

İcra başçısının müavini biznesmendir.

 

Rayondakı mötəbər mənbədən saytımıza təqdim olunan sənədlərdə rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Mahmud Süleymanov barəsində ciddi faktlar ortalıqdadır.Bu şəxs olduqca imkanlı şəxsdir.Uzun müddət Talıstan bələdiyyə şurasının sədri vəzifəsində çalışıb və bütün Talıstan torpaqlarını dəyər-dəyməzə satıb,başqa-başqa adamların adı ilə özünün sərəncamına daxil etmişdir.Əlavə olaraq rayonda ən böyük un,çörək bişirmə biznesinə şəxsən rəhbərlik edən şəxsdir.Hazırki icra başçısı cənab M.Sadıqov rayon icra hakimiyyətinin başçısı təyin olunduğu andan adı çəkilən şəxsi özünün sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin etdi.Bundan əlavə onlar başçı ilə yaxın qohumdurlar.Mahmud Süleymanovun əli ilə rayonda çox işlər həyata keçirilir ki,bunların 99%-i ictimaiyyət və sairlər üçün qaranlıq qalır.Ancaq mənbələr kend.infoya onun haqqında bəzi bilgiləri təqdim edə biliblər.Söhbət Mahmud Süleymanovun Talıstan bələdiyyəsinin sədri işlədiyi illərdə onun fəaliyyətindən gedir.Mahmud müəllim özünün yaxın qohumu olan,daha doğrusu bacısının həyat yoldaşı Əzizov Teymur Eldar oğlunun adına xeyli torpaq sahələri rəsmiləşdirmişdir ki,hazırda həmin torpaqlar şəxsən Mahmud müəllimin sərəncamındadır.Qeyd edilən məsələlərlə bağlı bir bilgini dəyərli izləyicilərimizə təqdim edirik.

 

***

Mənbənin söylədikləri:İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun bacısının həyat yoldaşı Əzizov Teymur Eldar oğlunun adına 0.50 ha torpaq sahəsi rəsmiləşdirilmişdir.Həmin ərazi hal-hazırda İsmayıllnın girəcəyində,köhnə YPX postunun yerləşdiyi ərazidə olan İnci mebelin ərazisidir və Mahmud Süleymanovun sərəncamındadır.Onun qohumu olan Teymur Əzizov kasıb bir ailənin övladıdır və heç vaxt o torpağı ala bilməz.

 

 

Redaksiyadan:Ölkəmizdə hazırda qüvvədə olan qanunvericilikdə yazılıb ki,dövlət qulluqçusu biznes fəaliyyəti ilə məşğul ola bilməz.Ancaq Mahmud Süleymanovun deyəsən bu qanun vecinə deyil.Mahmud Süleymanovun digər biznes imperiyası haqqında növbəti sayımızda sizləri bilgiləndirəcəyik.Bizi izləməyi unutmayın, növbəti sayımızda şok açıqlama olacaq.

 

 

Kend.info araşdırma monitorinq qrupu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]