İqtisadiyyat

Başçıdan 1 milyonluq yeyinti və ağ yalan - zavod işləmir

7-10-2016, 00:03
İsmayıllıdakı velosiped zavodu hələ də işləmir

Politika.Az-ın yaydığı məlumata görə, bu barədə jurnalist Elçin İsmayıllı Feybukda yazıb. 

Onun sözlərinə görə, zavod işləmək iqtidarında da deyil:"Prezidentin avqustda İsmayıllıya səfərindən bir neçə saat sonra işçilərə dağılışmağı əmr ediblər. 

Bunu mənə velosiped zavodunun işçisi olacaq bir şəxs söyləyib. Bakıdan gətirilmiş velosipedləri İsmayıllının istehsalı adı ilə təqdim etmək istəyiblər. Bu yalanlar ayaq tutar, yeriməz”. 

Bu faktdan görünür ki, İsmayıllının icra başçısı Mirdaməd Sadıqov dövlət rəhbərliyini açıq şəkildə aldadır və ağ yalan danışır. 

Eləcə də bu yalanlara zavod rəhbərliyi bdə şərik olub. Bir müddət qabaq zavod rəhbərliyi iddiaları təkzib edərək fəaliyyət göstərdiklərini bildirmişdi. 

Ancaq məlum olur ki, İsmayıllıda zavod rəhbəri ilə rayon rəhbəri əlbir olub həm ictimaiyyəti, həm mətbuatı, həm də ölkə prezidentini ələ salır. 

Dövlət başçısı tapşırıb ki, iş yerləri açılsın, postneft dövründə vətəndaşlara, sahibkarlara dəstək verilsin. M.Sadıqov yalanı da üzünə-gözünə bulaşdırıb. 

Politika.Az xəbər verir ki, zavodun tikintisinə külli miqdarda vəsait sərf olunub, prezident İlham Əliyev açılışda iştirak edib. 

İsmayıllı rayon İcra Hakimiyyəti isə plan qurur, prezident gedər-getməz zavod bağlanır. 

Ümumiyyətlə, M.Sadıqov etimadı doğrulda bilmədi. Onun barəsində böyük ümidlər var idi. Ələkbərovların rayonda yaratdığı neqativ mühitə və özbaşınalığa son qoyulsa da, Nizami Ələkbərovun sələfi əhalinin problemlərini azaltmaq yerinə artırdı. 

Elə ona görə də İsmayıllının icra başçısından ətrafı da narazıdır.Mirdaməd Sadıqov rayon icra hakimiyyətindəki məmurları yola vermir. 

İddialara görə, icra başçısı əldə olunan qeyri-rəsmi qazancı bəzi məmurlarla bölüşdürmür. Bu da ciddi şəkildə narazılıq yaradıb. 

Politika.Az-ın əldə etdiyi bilgilərə görə, İsmayıllıda iyerarxik mübarizə başlayıb. M.Sadıqovdan narazı qüvvələr onun barəsində kampaniya aparır. 

O da var ki, onun da başı maliyyə yeyintilərinə, biznesini qurmağa qarışıb. Mirdaməd Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib.

Məsələn, "İsmayıllı Tikinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.

Ələkbərovlara aid «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub. 

"İsmayıllı Tikinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısıolub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. Bu ittihamlarla bağlı RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]