Gündəm

MTN İslahatı Daşkəsən və İsmayıllıda

13-11-2015, 19:30
MTN İslahatı Daşkəsən və İsmayıllıda

MTN sistemindəki kadr islahatları davam etməkdədir.

Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsin bu gün imzaladığı əmrlə MTN-in İsmayıllı və Daşkəsən rayon şöbələrinin rəisləri də tutduqları vəzifələrdən azad ediliblər. Bundan bir neçə gün öncə isə MTN-in Nərimanov rayon şöbəsinin rəisi işdən azad olunub.

Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub. (virtualaz.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]