Əsas Səhifə / Gündəm

Eldar Mahmudovun İsmayıllını «işğal edən» kadrı – Faktlar

8-01-2016, 15:59

Eldar Mahmudov və Akif Çovdarov ətrafında formalaşmış «paqonlu quldur dəstəsi»nin əməlləri haqda hər gün yeni məlumatlar yayılmaqdadır.

Əlbəttə, ölkənin ən mühüm dövlət strukturlarından birində belə bir şəbəkənin mövcudluğu təəssüf doğurur, amma «ziyanın yarısından da qayıtmaq xeyirdir» prinsipi ilə hazırki ifşa prosesinin sevindirici tərəfləri də var.

Baş verən hadisələr illərlə insanları təhdid altında saxlayan rütbə sahiblərindən ziyan çəkənləri də dilə gətirib. İnsanlar artıq bu qurum haqqında bildiklərini danışır, qurumda kök salmış çiyni paqonlu quldurların cəzalandırılmasını alqışlayırlar. Bu baxımdan Azad.media saytına daxil olan şikayəti hələ də vəzifə başında olan, fəaliyyət regionunu dəyişməklə cəzadan yayınacağını düşünən paqon sahibinin ifşası kimi qəbul etmək olar.

Söhbət əvvəllər İsmayıllıda, son olaraq isə Lənkəranda MTN-in rayon şöbəsinə rəhbərlik etmiş Aydın Piriyevin fəaliyyətindən gedir. Bu şəxslə bağlı İsmayıllı rayon Xanagah kənd sakininin söylədikləri dəhşət doğurur. Belə ki, Aydın Piriyev İsmayıllı hadisələrindən az əvvəl Lənkərana təyinat aldı. Keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı şöbəsinin keçmiş işçisi qeyd edir ki, Aydın Piriyevin İsmayıllının Buynuz, Topçu, Qalacıq, köhnə Daxar kəndlərində villaları var. Aydın Piriyev İsmayıllı torpaq şöbəsinin keçmiş rəisi Rövşən Behbudovla birləşib Bakıda da xeyli torpaq sahələrinə sahib çıxıblar. Belə ki, Rövşən Behbudov hər satdığı torpaq sahəsi üçün MTN rəisinə haqq ödəyirdi. MTN rəisi isə respublikanın ayrı-ayrı rayonlarından imkanlı şəxsləri İsmayıllıya torpaq almaq üçün cəlb edir və varlanırdı. Aşağıdakı adlar da bu iddianın sübutu sayıla bilər: Aydın Piriyevin İvanovkadakı torpaq sahələri:

1.Gidayev İsa Əhmədağa oğlu— 0, 12 ha İsmayıllıda tikinti mafiyasına rəhbərlik edir.

2.Gidayev Rəşad İsa oğlu— 0, 12 ha ata oğuldurlar. İsmayıllı şəhərindəki torpaq sahəsi:

1.Muradova Güldəstə Murad qızı.— 0, 06 ha. Diyallı kəndindəki torpaq sahələri:

Şərifov Rəşid Məcid oğlu— 0, 12 ha keçmiş bələdiyyə sədri, Aydın Piriyevin kadrı. Şərifov Dilqəm Rəşid oğlu– 0, 12 ha Xanagah kəndindəki torpaq sahəsi:

1.Gözəlov Eyvaz Veysəl oğlu—- 0, 06 ha, kənd sakini. Buynuz kəndindəki torpaq sahəsi içində villa:

Məmmədov Paşa İsrayıl oğlu—- 0, 06 ha.

Aydın Piriyev onun adına villa tikib, həmin ərazidə rayon icra hakimiyyətinin nümayəndəliyini yerləşdirib. Ev Paşa Məmmədovun adına olsa da, Aydın Piriyevə məxsusdur. Talıstan kəndindəki torpaq sahələri:

1.Fətəliyev Ramil Vəzirxan oğlu— 0, 12 ha

2.Fətəliyev Tural Vəzirxan oğlu—-0, 12 ha. Qardaşdırlar. Ataları Vəzirxan Fətəliyev Xanagah kəndinin icra nümayəndəsidir. İkinci yeni yol kəndindəkilər:

1.Mikayılov Xavər Qarakişi qızı— 0, 12 ha kənd sakini. Rəsulov Vahid Mahmud oğlu— 0, 12 ha rayon təhsil şöbəsində təsərrüfat işləri üzrə müdir müavini. İsmayıllı şəhəri mərkəzdə:

1.Qəmbərov Aqil Adil oğlu— 0, 06 ha. Rayon sakini. İsmayıllı kəndi yəni rayonun kənarı:

1.Gidayev Rəşad İsa oğlu—–0, 12 ha

Bütün bu prosesdə İsmayıllı rayon o zamankı Torpaq Komitəsinin rəhbəri Rövşən Behbudovun da fəal iştirakı olub. Bununla bağlı daxil olan məlumata görə, R.Behbudov keçmiş nazir Qərib Məmmədov və İsmayıllının yenicə vəzifəsindən azad edilən MTN rəisi Kamal Axundov üçün də rayonda villa tikib.

R.Behbudovun sabiq komitə rəhbəri Qərib Məmmədovla ailəvi dost olduğu deyilir. Nizami Ələkbərovun ən yaxın adamı olan Rövşən Behbudovun hazırda İsmayıllıda 8 hektara yaxın torpaq sahəsinə və Bakıda bir neçə yerdə bina və bağ evlərinə sahib olduğu bildirilir. Zamanında İsmayıllının ən gözəl torpaqlarını Aydın Piriyevlə birləşib çöldən gələn işbazlara satan R.Behbudov kəndlərdə xəritələri saxtalaşdıraraq xeyli adamı üz-üzə qoyub. İndi də onun səhvi üzündən insanlar torpaq üstə bir-biriləri ilə düşmənə çevriliblər. (azad.media)

P.S. Yazıda adı çəkilən hər kəsin möqeyini verməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]