Layihə

Texnologiyanın əsiri olma

12-05-2017, 10:31
Texnologiyanın əsiri olma
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyi "Texnologiyadan istifadə et, əsiri olma" adlı layihəni yekunlaşdırıb. Layihə çərçivəsində Bakı şəhəri orta ümumtəhsil müəssisələrində oxuyan şagirdlərə və universitet tələbələrinə marifləndirici seminarlar təşkil olunub.

Qeyd edək ki, “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyi yeniyetmə və gənclər arasında informasiya texnologiyalarından düzgün istifadə qaydalarını təbliği etmək, texnalogiya aludəçiliyinin və digər zərərli vərdişlərin gənclərimizin gələcək həyatına mənfi təsirləri haqda məlumat vermək məqsədiylə bu layihəni həyata keçirib.

“Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin sədri Namiq Sərdarov tədbirlərdə çıxış edərək zərərli vərdişlərin insan həyatı üçün törətdiyi təhlükələrdən danışıb və xüsusi ilə gənclərin kompüter, planşet, ağıllı telefon və internetdən ölçüsüz və səmərəsiz istifadə edərək özləri də bilmədən internetin əsirinə çevrildiklərini söyləyib.

Ekspertlər Eldar Kərimov və İsmət Əmrahov çıxış edərək zərərli vərdişlərlə mübarizənin yolları, informasıya texnologiyalarından düzgün istifadə qaydaları, informasıya texnologiyalarından istifadənin zərərləri və faydaları, informasıya texnologiyalarından istifadə zamanı vaxtın düzgün idarə olunması mövzularında iştirakçılara ətraflı məlumat verib.

Layihə iştirakçılarına və bu sahəyə maraq göstərən gənclərə 1800 ədəd buklet paylanıb. Bununla yanaşı layihə çərçivəsində hazırlanmış video çarx çoxaldılaraq CD formasında seminar iştirakçılarına hədiyyə edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]