“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçim turu keçirilib.
02 iyun 2016-cı il tarixində "Təfəkkür”
Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun
maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin
Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclərin Bilik
Olimpiadası”adlı layihənin növbəti seçmə turu keçirilib.
Seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər
və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, İdarənin aparıcı məsləhətçisi
Vüsal Ömərov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai
Birliyin sədri Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova,
Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri
Tamerlan Əkbərov, "Təfəkkür” Universitetin Tələbə-Gənclər Təşkilatının sədr
müavini Asəf Cabbarlı və fəal tələbələr iştirak etmişdir.
İlk öncə qonaqları salamlayan Universitetin Tələbə - Gənclər Təşkilatının sədr müavini Asəf Cabbarlı tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi
İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi
haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi
gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli
şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən
etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm
addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual
oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə
olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq.
Sonda çıxış edən Azərbaycan Kooperasiya
Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov bu kimi tədbirlərin
həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb,
həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin
potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, olimpiadanın gənclərin intellektual səviyyəsinin
yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd
etmişdir. T.Əkbərov bildirmişdir ki, Ümummilli
lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin,
xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir."Təhsil sahəsi xalqımızın bu günü, millətimizin,
dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”,– deyən müdrik rəhbər Azərbaycan təhsilinin
inkişafı naminə son dərəcə böyük işlər görmüşdür.Bu gün
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin təhsilinə,
elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır. Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana Yeni Məktəblər” layihəsi çərçivəsində
inşa edilən yüzlərlə məktəb bu sahəyə xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Rəsmi hissədən sonra "Gənclərin Bilik
Olimpiadası"nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki,
layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri
arasında bilik olimpiadası keçirilir və "Təfəkkür” Universiteti artıq beşinci təhsil
müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan
Kooperasiya Universitetində, ikinci seçmə turu
Bakı Biznes və Kooperasiya Kollecində, üçüncü seçmə turu "Bakı Avrasiya”
Universitetində, dördüncü seçmə turu isə Bakı Sosial Pedaqoji Kollecində
keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi
keçiriləcəkdir. "Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr "Yeni Gələcək”
Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.