Layihə
BSU-da “Sağlam ordu, yaradıcı gənclər naminə” layihəsinin təqdimatı olub
22-05-2016, 23:11
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi,Azərbaycan
Republikasının Müdafiə Nazirliyinin rəsmi tərəfdaşlığı,Bakı Slavyan
Universitetinin (BSU) vəUşaq və Yeniyetmələrin Dəstək İctimai Birliyi birgə təşkilatçılığı
ilə "Sağlam ordu,yaradıcı gənclər naminə” layihəsinin BSU-da təqdimat mərasimi
olub.
- Xeberman.com saytının verdiyi məlumata görə, mərasimdə
çıxış edən layihə rəhbəri BSU-nun Beynəlxalq münasibətlər fakültəsinin II kurs
tələbəsi Simran Məlikov "Sağlam ordu,yaradıcı gənclər naminə” layihəsinin əhəmiyyəti
barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi gənclərin cəmiyyətdə sağlam
inkişafını formalaşdırmaq,
onları zərərli vərdişlərdən uzaqlaşdırmaqdan ibarətdir.Binəqədi rayonu məktəblilərinin "Siqaretə
yox” başlığı altında çəkdiyi rəsmlərin universitet və hərbi hissələrdə sərgilənməsinin
nəzərdə tutulduğunu deyən Simran Məlikov siqaret kimi vərdişlərin ümumilikdə
cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb və tələbələri bu kimi vərdişlərə
qarşı mübarizədə fəal olmağa səsləyib. Onun sözlərinə görə, layihənin təqdimatı
Bakının digər ali təhsil ocaqlarında və hərbi hissələrdə də keçiriləcək.
- Tədbirdə
çıxış edən Uşaq və Yeniyetmələrə Dəstək İctimai birliyinin sədri Fərhad Abdulov
və psixoloq Könül Cəfərova gənclərə fiziki və mənəvi cəhətdən sağlam insan,vətənpərvər
vətəndaş kimi yetişmək üçün tövsiyələrini veriblər, tələbələrin suallarını
cavablandırıblar.
- Tədbirin
sonunda vətənpərvərliklə bağlı "Vətəni sevmək imandandır”adlı qısa metrajlı
film nümayiş olunub.
- Xeberman.com saytının verdiyi məlumata görə, mərasimdə çıxış edən layihə rəhbəri BSU-nun Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbəsi Simran Məlikov "Sağlam ordu,yaradıcı gənclər naminə” layihəsinin əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi gənclərin cəmiyyətdə sağlam inkişafını formalaşdırmaq, onları zərərli vərdişlərdən uzaqlaşdırmaqdan ibarətdir.Binəqədi rayonu məktəblilərinin "Siqaretə yox” başlığı altında çəkdiyi rəsmlərin universitet və hərbi hissələrdə sərgilənməsinin nəzərdə tutulduğunu deyən Simran Məlikov siqaret kimi vərdişlərin ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb və tələbələri bu kimi vərdişlərə qarşı mübarizədə fəal olmağa səsləyib. Onun sözlərinə görə, layihənin təqdimatı Bakının digər ali təhsil ocaqlarında və hərbi hissələrdə də keçiriləcək.
- Tədbirdə çıxış edən Uşaq və Yeniyetmələrə Dəstək İctimai birliyinin sədri Fərhad Abdulov və psixoloq Könül Cəfərova gənclərə fiziki və mənəvi cəhətdən sağlam insan,vətənpərvər vətəndaş kimi yetişmək üçün tövsiyələrini veriblər, tələbələrin suallarını cavablandırıblar.
- Tədbirin sonunda vətənpərvərliklə bağlı "Vətəni sevmək imandandır”adlı qısa metrajlı film nümayiş olunub.





