"Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi başa çatıb
Seminarlarda gənclər arasında vətənə məhəbbət hissinin artırılması, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclər arasında dövlət rəmzlərinin təbliği, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması, hərbi vətənpərvərlik ruhunun gənclər arasında təbliği,gənclərarasında vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliğ olunması, onlara Azərbaycan tarixinin, mədəniyyətinin, adət və ənənələrinin öyrənilməsi ilə bağlı geniş məlumat verilib. "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsiçərçivəsində ümumilikdə 400 nəfərdən çox gəncin iştirak etdiyi seminarlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, bu müsbət qiymətləndirmələr sosial şəbəkələrdə geniş paylaşılıb. Seminar iştirakçılarına layihəçərçivəsində çap olunmuş buklet, cib təqvimi və köynək dəsti paylanılıb.