Oktay Şirəliyevin işçisi Sara Həsənovanın da adı - AKİF ÇOVDAROV "İŞİ"NDƏ
Sanitariya-Karantin Müfəttişliyinin rəisinin başı dərddə
Akif Çovdarovun həbsi onun Səhiyyə nazirliyindəki adamı olan Sara Həsənovanı bitirə bilər
Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova ciddi təftiş içindədir. Səhiyyə Nazirliyi sistemində hazırda həbsdə olan nazir Əli İnsanovun kadrı kimi tanınan Həsənova rəhbərlik etdiyi qurumda aparılacaq yoxlamanın onun üçün yolun sonu olacağından əmindir. Çünki bütün fəaliyyəti boyu ciddi korrupsiya və qanunsuzluq faktları ilə yadda qalan Sara Həsənovanın hər zamankı himayədarı keçmiş MTN generalı Akif Çovdarovun özü hazırda həbsdədir.
Bu barədə saytımıza məlumat verən məlumatlı mənbə deyir ki, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışarkən rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edən Həsənova bundan imtina edənləri vahiməli general Akif Çovdarovun adı ilə təhdid edirmiş. Çovdarovla Həsənovanın əməkdaşlığı keçmiş generalın onun yaxın qohumlarına MTN-də yüksək vəzifə verəcək qədər yaxın olub.
Sara Həsənovanın Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi kimi yüksək vəzifəyə təyinatı da məhz keçmiş MTN generalının dəstəyi ilə baş tutub. Respublikaya idxal olunan ərzaq məhsulları, ərzaq xammalı, qida əlavələri, bioloji fəal qida əlavələri, qeyri-ərzaq məhsulları, istehlak əşyaları kimi böyük bir sahəyə nəzarət edən xanım rəisin rüşvət korrupsiyadan böyük miqdarda gəlir əldə etdiyi söylənilir. Onun övladının Avropanın ən bahalı universitetlərindən birində təhsil aldığı, bir neçə villasının və avtomobilinin olduğu söylənilir.
Lakin, görünür keçmiş MTN generalı Akif Çovdarovun həbsi Səhiyyə nazirinin müavini Nigar Əliyevanın yerində gözü olan Sara Həsənovanın bütün planlarını alt-üst etdi. İndi Həsənovanı sadəcə olaraq azadlıqda olmaq qayğılandırır...
***
Xatırladq ki, zaman-zaman Səhiyyə Nazirliyi ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olur.
Təqdim olunan video dünən "Semaşko" xəstəxanasının qarşısında, vətəndaşın maşınının kamerası ilə çəkilib.
"Ölümcül olmasına baxmayaraq pulu olmadığı üçün xəstəni içəri almadılar. Cibində pulu olmadığı üçün onu adam yerinə qoymadılar. Mühafizəçi dedi ki, bomjdur, həkimlər isə heç üzünə də baxmadılar”, - videonun müəllifi deyir.
Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrinin təmiri və tikintisi ilə bağlı sifarişlərini bir qayda olaraq, "Turqay” MMC həyata keçirir. Bu, Qaynar.info-nun Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında apardığı araşdırmadan sonra məlum olub.