Əsas Səhifə / Siyasət

Sara Səfixan: Zəlimxan Məmmədli “Şərq” qəzetində sifarişlə şər-böhtan yazdırır

30-05-2015, 20:11

Zəlimxan Məmmədli boş-boş danışmaqdan bezib indi də, “Şərq” qəzetində sifarişlə şər-böhtan, yalana söykənən məqalələr yazdırır. Bu barədə açıqlama ilə Gürcüstan Türkləri Konfederasiyasının (GTK) İnformasiya Departamentinin rəhbəri Sara Səfixan çıxış edib. O qeyd edib ki, 30 may 2015-ci il tarixdə “Şərq” qəzetinin saytında məqsədli şəkildə Zəlimxan Məmmədlinin sifarişi əsasında “Müxalifət” məhkəməyə verildi” məqaləsində təhrifə, yalana və şər böhtana yol verilmişdir. Mən çox təssüf edirəm ki, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı belə səviyyəsiz səhflərə yol verir. Baş redaktor saytda və ya qəzetdə gedən yazıya görə məsuliyyət daşıyır. Rəsmi şəkildə bildirirəm ki, Gürcüstan Türkləri Konfederasiyasının 1-ci vitse-prezidenti Sərdar Əliyev heç zaman Zəlimxan Məmmədlini müdafiə etməyib və bu tipli mövzu ilə “Şərq” qəzetinə hər hansı açıqlama verməyib. “Şərq” qəzetinin saytında dərc olunmuş məqalədə Gürcüstan Türkləri Konfederasiyasının 1-ci vitse-prezidenti Sərdar Əliyevin adının hansı məqsədlə istifadə edildiyi və onun “guya açıqlama verməsi”nin səbəbləri aydın olur. Yəqin ki, burada baş redaktor Akif Aşırlının hansısa marağı olmuşdur. Bu məsələ ilə bağlı sözsüz ki, bu məsələ ilə bağlı məhkəməyə mürəciət ediləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]