Ölkə

Sadiq Rəsulov: General Akif Çovdarovun məhkəmə prosesi jurnalistlər üçün açıq olsun

19-12-2016, 22:56

Sadiq Rəsulov: General Akif Çovdarovun məhkəmə  prosesi  jurnalistlər üçün açıq olsunXeberman.com-un verdiyi məlumata görə, bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi general Akif Çovdarovun məhkəməsi prosesi olub

 

Məhkəmə prosesindən sonra Xeberman.com saytının suallarını cavablandıran Akif Çovdarovun vəkili Sadiq Rəsulovbildirib ki, məhkəmə prosesi çox ağır keçib.Buna səbəb olaraq Sadiq bəy bildirib ki,özünü zərərçəkmiş qismində təqdim edən insanlar məhkəmə zamanı verdiyi ifadələr ziyanlarına olduğu zaman təqsib edirlər.Bununla əlaqədər olaraq biz artıq bezmişik.Ona görə də Akif Çovdarovun vəkilləri olaraq biz məhkəməyə vəsadət verdik ki,aido zaps olsun,çox təəsüf olsun ki,məhkəmə bu vəsadəti qəbul etmədi.

Məhkəməyə bildirdik ki,katib yazır heç olmasa oxusun görək nə deyir,zərər çəkən biz deyəni deyir ,ya yox.Çox təəsüf olsun ki, hakim bu vəsadətimizi də qəbul etmədi.Bu gün biz vəkil yoldaşlarımızla birlikdə məhkəməyə bildirdik ki, məhkəmə prosesi jurnalistlər üçün açıq olsun və ictimaiyyət də bu barədə KİV vasitəsilə informasiya əldə edə bilsin.Çox təəsüf ki,bu təklifi hakimlər eşitməməzlikdən gəldilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]