Gündəm

AKİF ÇOVDAROV QANDALLANDI, GENERALA 3 AY HƏBS VERİLDİ

15-11-2015, 19:02
AKİF ÇOVDAROV QANDALLANDI, GENERALA 3 AY HƏBS VERİLDİ

İslaminsesi.org - Səbayel Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

Virtualaz.org saytının hazırda məhkəmə binası önündə olan müxbiri xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov məhkəmədən Bakı İstintaq Təcridxanasına aparılıb.


AKİF ÇOVDAROV QANDALLANDI, GENERALA 3 AY HƏBS VERİLDİ AKİF ÇOVDAROV QANDALLANDI, GENERALA 3 AY HƏBS VERİLDİ

Administratorla əlaqə

077 611-55-22

[email protected]