Gündəm
Həbs olunan Akif Çovdarovun villalarından köç başladı FOTOLAR
15-11-2015, 19:26

Bu gün haqqında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilən , MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova məxsus villalardan köç başlayıb.
Musavat.com xəbər verir ki, A.Çovdarovun Badamdarda yerləşən yan-yana 3 villasında yaşayan oğlu və kürəkəni villalardan köçüblər.
Artıq 2 gündür villalarda yaşayış yoxdur. A.Çovdarovun ailə üzvlərinin əşyaları da villalardan aparılıb.
Əldə etdiyimiz məlumata görə, köç Çovdarovun həbs edildiyi gün başlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Çovdarova məxsus yan-yana 3 villanın fotolarını təqdim etmişdik. Bu villalardan birindək Çovdarov, digər ikisində isə oğlunun və qızının ailəsi yaşayırdı.
İlkin Muradov
Musavat.com









