Gündəm

"Nardaran işi 2" məhkəmə prosesinə jurnalistlər buraxılmadı.

5-05-2017, 20:16
Nardaran işi 2 məhkəmə prosesi bu gün davam edib. Məhkəmə prosesi başlamazdan əvvəl jurnalistlərin məhkəmə prosesinə buraxılmaması barəsində məhkəmə işçiləri məlumat veriblər. İki nəfər jurnalistdən başqa heç bir jurnalistləri məhkəmə prosesinə buraxmadılar. Məhkəmə nəzarətçiləri Nardaran işində həbs olunanların yaxınlarına bildirib ki, Press-az.com saytının redaktoru Polad Aslanovu və digər jurnalistlərin buraxılmaması barəsində yuxarıdan tapşırıldığını bildiriblər.
"Nardaran işi 2"   məhkəmə prosesinə  jurnalistlər buraxılmadı.
Polad Aslanov Press-az.com-a bildirib ki, jurnalistlərin məhkəməyə buraxılmaması , məhkəmənin işə obyektiv baxılmasını sual altına alır. Nəticədə jurnalistlər məhkəmə prosesində baş verənləri yazır, artıq nə isə yazmır. Demək bunlar məhkəmə gedişinin yayımlanmasına mane olur. Polad Aslanov bildirib ki,məsələnin aktuallığını nəzərə alaraq,Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri və işçiləri adiyyatı üzə dövlət qurumlarının jurnalist peşəsinə mane olduğuna görə hüququ müdafiyəçiləri və müstəqil media nümayəndələri bu məsləyə biganə qalmasın. Bundan əlavə olaraq bildirib ki, adiyyatı üzrə dövlət qurumlarına da bu gün ki, olayla bağlı sorğu və müraciyyət göndərəcəyik.

Press-az.com saytının verdiyi məlumata görə, jurnalistlərə qarşı bu cür hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində bir həftədə 3 dəfə baş verib. Birinci Nardaran işi 3-də, İkiqat Avropa Çenpiyonu Renat Əliyevin məhkəmə prosesində və bu gün də Nardaran işi 2 məhkəmə prosesində jurnalistlərə qarşı bu cür qeyri- qanuni olaraq peşə fəaliyyətlərini həyata keçirməyə mane olublar. Ağır Cinayyətlər məhkəməsinin hakimləri qeyri-qanuni olaraq jurnalistlərin məhkəmə iclasında iştirak etməsinə mane olması isə hakimlərin düzgün qərar verməsini sual altına alır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]