10 dekabr İnsan haqları gününə həsr edilən toplantı baş tutdu(Foto)
Xeberman.com-un verdiy məlumata görə, "Siyasi Məhbuslarsız
Azərbaycan" İctimai Alyansının 10 dekabr İnsan haqları gününə həsr etdiyi
toplantı baş tutdu. Giriş sözünü Oktay Güləliyev etdi .O.Gülalıyev
hakimiyyətin insan hüquqlarına qarşı münasibətinin ən parlaq göstəricisi kimi
Beynəlxalq Mətbuat Mərkəzinin tədbirə yer verməməsini göstərib. O. Güləliyev
həmçinin bildirib ki , həbs olunan dindarların, jurnalistlərin, siyasi partiya
nümayəndələrinin o cümlədən də yevrovijin ərfəsində həbs olunanlarla bağlı
məlumata verib .Sonra Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyev danışıb.
Siyasi Məhbusları Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Azərbaycanın məhkəmə sisteminin nöqsanlı olduğuna diqqət çəkib.
Daha sonra Hacı Talehin həyat yoldaş Lelyal Bağırzadə, digər məhbus anaları və həyat yoldaşları danışıb.
Hüquq müdafiəçisi Leyla Yunus da Holandiyadan skype vasitəsilə konfrans iştirakçılarına qoşulub. O bildirib ki, beynəlxalq forum iştirakçılarına Azərbaycanda siyasi məhbuslar haqqında məlumat verilib və onlar siyasi məhbuslara dəstək üçün müxtəlif aksiyalar keçirəcəklər.
Xeberman.com-un verdiy məlumata görə, konfransda çox ciddi müzakirələrdən sonra Siyasi Məhbus Ailələri Komitəsinin yaradılması ilə bağlı 11 nəfərlik İşçi Qrup formalaşdı













