Dünya
Bəhreynli müxalifət lideri Şeyx Əli Salmanın həbs müddəti uzadıldı
30-05-2016, 21:39
Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyn məhkəməsi "əl-Vəfaq" cəmiyyətinin sədri Şeyx Əli Salmana verilən həbs cəzasını artırıb. Beləliklə, Şeyx Əli Salmana verilən həbs cəzası 4 ildən 9 ilə qaldırılıb. Faktı Bəhreyn Baş Prokurorluğu rəsmi twitter hesabından təsdiqləyib. "Əl-Vifaq" cəmiyyətindən verilən açıqlamada isə vurğulanıb ki, qərar siyasi motivlidir və sifarişli şəkildə həyata keçirilib. Ona 2015-ci ilin iyununda 4 il hökm oxunsa da, bu gün ona verilən həbs cəzası 5 il artırılıb. 2014-cü ilin dekabrında saxlanılan Şeyx Əli Salman Bəhreyndə "ölkədə siyasi rejimi zor gücü, təhdid və qeyri-qanuni vasitələrlə dəyişdirmək”, "iğtişaşlara çağırış”, "ümumi asayişi pozmaq” ittihamları ilə həbs olunmuşdu. Qeyd edək ki, bir çox beynəlxalq insan haqları təşkilatı onu siyasi məhbus kimi tanıyıb.