Siyasət

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının təşkilatçılığı ilə toplantı olacaq.

13-01-2017, 20:23
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının təşkilatçılığı ilə  toplantı  olacaq.

Xeberman.com-un verdiy məlumata görə , Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin sosial problemlərin həlli ilə bağlı 22 dekabr 2016- cı ildə keçirdiyi aksiya zamanı həbs olunanların hüquqlarının müdafiəsi ilə bağlı toplantı keçiriləcək. 
Toplantı "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının təşkilatçılığı ilə 14 yanvar 2017- ci il saat 12 00- da olacaq.

Hesab edirik ki, həbs edilənlər- Cəbrayıl rayonundan olan məcburi köçkünlər Gülağa Alməmmədov, Cəlal Quliyev, İlkin İskəndərov, Zaur Feyruzlu və Ülvi Quliyev günahsızdır. Həmin şəxslərin həbsi sərbəst toplaşmaq və ifadə azadlığının prinsiplərinə ziddir. 
Biz, heç kimə fərq qoymadan şərlənib həbs olunan bütün insanları müdafiə edirik. Qanunsuz həbs olunan Cəbrayıl rayonundan olan məcburi köçkünlərin də hüquqlarının müdafiəsi üçün belə bir toplantı keçirməyi qərar aldıq.
Toplantıda həm onların, həm də digər siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı hazırkı və görüləcək işlər müzakirə olunacaq. 
Qanunsuz həbs olunan şəxsləri, siyasi məhbusları müdafiə etmək istəyən hər bir şəxsi toplantıda iştiraka dəvət edirik.

Qeyd. İştirak etmək istəyənlər toplantının yeri ilə bağlı zəhmət olmasa inboxa yazsınlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]