Dünya / İslam

"Qarabağ İslam torpağıdır" - Ayətullah Sistani

26-04-2016, 19:58

 

Xeberman.com xəbər verir ki, Nəcəf hovzəsində təhsil alan və etimad göstərdiyimiz tələbə yazıb: "Bu gün Allahın inayəti ilə Sistani Ağa ilə görüşmək şərəfinə nail olduq. Ağa sübh namazından sonra dünya şiələri üçün və xüsusəndə Azərbaycanlılar üçün dua etdiyini hər zaman olduğu kimi etiraf etdi. Həmçinin son zaman Azərbaycanda Qarabağda baş verən hadisələrə işarə edərək "Yaxın vaxtda Qarabağda baş verənlərdən xəbərdaram, şəhidlərinizə Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyib, Allaha dua edirəm. Qarabağ Azərbaycan torpağıdır, düşmən məkrli siyasəti ilə torpaqlarınızı parçalamaq istəyir. Azərbaycan şiəliyin mərkəzi olub, Şiəlik Azərbaycana irandan keçməyib, əksinə irana Azərbaycandan keçib. Mənim ustadlarımın çoxu Azərbaycanlı olub. Dualarım hər zaman sizlədi..."

"Qarabağ İslam torpağıdır" - Ayətullah Sistani

Administratorla əlaqə

077 611-55-22

[email protected]