İslam

İrandan "Qarabağ" fətvası.

4-04-2016, 11:17

Ayətullah Xamenei: "Qarabağ islam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə şəhid hesab olunur."

"Biz İran parlamentində Qarabağı və oranın Azərbaycana və islama aid olmasını möhkəm müdafiə edəcəyik."

 

Xeberman.com xəbər verir ki,  bu sözləri İran İslam Respublikası İslam Şurası Məclisinin Ərdəbil şəhəri üzrə millət vəkili Mənsur Həqiqətpur bildirib.

Həqiqətpur deyib ki, biz İran parlamentində Qarabağı və oranın Azərbaycana və islama aid olmasını möhkəm müdafiə edəcəyik.

Mənsur Həqiqətpur Beynəlxalq Səhər kanalının Kompas verilişində vurğulayıb: Qarabağ islam torpağıdır. Bizim torpaqdır. Biz ermənilərin və yəhudilərin Qarabağdakı hərəkətlərini qətiyyətlə pisləyirik. Biz yəhudiləri Azərbaycan üçün yaxşı dost bilmirik. Əgər Azərbaycan Respublikasına etiraz edirik ki, nə üçün yəhudiləri Azərbaycanda yerləşdirirsiniz? Buna görədir ki, nəhayətdə onlar Azərbaycanın xeyrini istəməyəcəklər və indi də bunu Qarabağdakı saxta seçkidə görmək olar. Əcnəbilər gəlirlər Qarabağda seçki keçirib onu müşahidə edirlər ki, buranın Azərbaycana və islam torpağına aid olmasını yaddan çıxarsınlar. Amma vurğulamalıyam ki, nə qədər zaman keçsə də, nə qədər il ötsə də, bu həqiqəti yaddan çıxarmayacağıq ki, Qarabağ islam torpağıdır. Qarabağı müsəlman Azərbaycan xalqı azad edəcək.

"Ermənistan ilə Azərbaycan Respublikası arasında savaş başlayanda biz Həzrət Ayətullahul-uzma Xameneidən sual etdik ki, ermənilər Qarabağı tutublar. Vəzifə nədir? O Həzrət isə buyurmuşdur ki, Qarabağ islam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə şəhid hesab olunur."

İrandan "Qarabağ" fətvası.

Administratorla əlaqə

077 611-55-22

[email protected]