Dünya / İslam

Ayətullah Sistani İŞİD-lə mübarizə aparan döyüşçülərə müraciət etdi

26-05-2016, 13:00
Eastnews.org-un verdyi xəbərə görə, İraqın ali din xadimi Fəlluca şəhəri ərazisində İŞİD terrorçuları ilə mübarizə aparan döyüşçülərə öz təşəkkürlərini bildirərək döyüş meydanında İslam dəyərləri və əxlaqını qorumaq çağırışı edib. İraqın ali müctehidi Ayətullah Sistani İraq hökuməti və xalqının işğal altında olan İraq ərazilərini, o cümlədən Fəlluca şəhərini İŞİD terrorçularından azad edilməsində iştirak edən ordu və dövlətin qarşılıqlı əlaqəsindən razı qaldığını bildirərək bunları deyib: "Cihadın öz ədəb və qaydası var, və bu qaydalara hətta qeyri müsəlmanlarla döyüşdə iştirak edən zaman da əməl edilməlidir”.   Xatirladaq ki, Ayətullah Sistanin bu bəyanatı İŞİD terrorçularının maraqlarına xidmət edən media orqanları tərəfindən son günlər paylaşılan İraq ordusu və "Həşd Şabi” könülllülərini ləkələyən xəbərələr fonunda verilib.      Qeyd edək ki, İŞİD təşkilata bağlı olan terrorçu üzvlərinə Fəlluca şəhərini azad edilməsində iştirak edən "Həşd Şabi” döyüşçülərinin paltarlarını geyinərək və mülki əhalini öldürmək əmri verib. Terrorçular bu addımları ilə İraqın ərazi bütövlüyünü və terrorçuluqla mübarizə aparan qüvvələrin nüfuzuna xələl gətirmək məqsədi güdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]