Dünya

Şeyx Nimrin edamına etiraz edən Səudiyyəli şiə alimi həbs olundu.

26-03-2016, 20:06
Xeberman.com ahlibeyt.ge-yə istinadən xəbər verir ki, Səudiyyəli ruhani Ali Səud rejimini Şeyx Nimrin edamına, Hizbullahı "terrorçu” elan etməsinə və Yəmənə təcavüzünə görə tənqid etdiyi üçün həbs olunub. 
 Əl-İmran şəhər Rəsul Əzəm (s) məscidinin imam camaatı və xətibi Şeyx Hüseyn Əl-Razi bazar ertəsi günü həbs olunub. 
Adı açıqlanmayan təhlükəsizlik əməkdaşlı Şeyx Hüseyn Razini "Minbərdən sui istifadə” etmə ittihamı ilə həbs olunduğunu bildirib və iddia edib ki, bir neçə dəfə ölkəyə hörmətsizlik edib. 

Qeyd edək ki,təhlükəsizlik qüvvələri ötən həftənin bazar günü bu ruhanin məscidə getməsini qadağan etmişdi. 

Razi ötən həftənin cümə günü Fars Körfəzi Əməkdaşlıq Şurası və Ərəb Birliyinin Hizbullahı "terrorçu” kimi tanımasını pisləmişdi və cümə namazında Hizbullahın İŞİD terrorçuları və İsrailə qarşı mübarizəsini dəstəkləmişdi və Seyyid Həsən Nəsrullaha salam göndərmişdi.

O , Ərəbistan rəsmilərini ölkədəki problemləri həll etməyə çağırmışdı.

Şeyx Nimrin edamına etiraz edən Səudiyyəli şiə alimi həbs olundu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]