Maraqlı

Aviabilet almaq üçün ən uğursuz gün açıqlandı

11-12-2015, 12:33
Aviabilet almaq üçün ən uğursuz gün açıqlandı“Expedia и Airlines Reporting Corp.” turizm şirkəti cümə gününü təyyarə bileti almaq üçün həftənin ən uğursuz günü adlandırıb.

Xeberman.com-un “The Wall Street Journal”a istinadən xəbər verir ki, tədqiqatlar göstərib ki, həftənin cümə günü bazar gününə nisbətən biletlərin qiyməti 13% yüksək olur.

Əsas səbəb kimi, əksər insanların istirahətə məhz həftəsonu getməyi göstərilir. Bundan əlavə, cari qiymətlərlə bilet alışı həftənin cümə günü başa çatır, və bir çox sərnişin daşyıcıları bu gün qiymətləri qaldırırlar.

Tədqiqatçılar daha bir səbəb kimi həftə içi bütün ucuz biletlərlərin satılmasını göstərirlər.

Ekspertlər bilet almaq üçün ən uğurlu gün kimi isə çərşənbə axşamını göstəriblər. Əgər ötən həftə satışlar zəif olubsa, aviaşirkətlər məhz bu gün endirim kampaniyası keçirirlər.

Beynəlxalq uçuşlar üzrə aviabiletlərin qiyməti həftədə bir dəfə hesablanır: çərşənbə axşamından çərşənbəyə keçən gecə. Yeni qiymətlər avronun məzənnəsinə uyğun olaraq hazırlanır. Bununla da aviaşirkətlər valyuta məzənnələrinin dəyişməsi ilə bağlı gündəlik qiymət dəyişmələrinin qarşısını alırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]