Əsas Səhifə / Xəbərlər

GMİİB Bayraq günündə şəhidləri andı

11-11-2016, 12:41
GMİİB Bayraq günündə şəhidləri andı

Görüşdə çıxış edən Birliyin sədri Ramiq Vəliyev Dövlət Bayrağı Gününün dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən söz açmış, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti haqqında danışmış, Vətən uğrunda öz canını çəkinmədən fəda etmiş şəhidlərimizin gənclərimizə örnək olduğunu vurğulamışdır.
 
Ramiq Vəliyev görüşdə iştirak edən qazilərə Vətən torpaqlarının müdafiəsində canlarını sipər edərək döyüşdüklərinə görə təşəkkür etmiş, şəhid ailələrinə isə cəsur, qəhrəman oğullar böyütdüklərinə görə minnətdarlığını bildirmişdir. Birliyin sədri çıxışının sonunda Azərbaycan dövlət başçısının yürütdüyü doğru siyasət nəticəsində bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun çox artdiğını və regionun ən güclü ordusuna malik olan dövlət kimi torpaqlarımızın tezliklə azad edilməsi məsələsində çox nikbin olduğunu bildirmişdir.
 
Tədbirdə gənclər qarşısında çıxış edən Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olmuş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rövşən Əliyevin bacısı Fəranə Alıyeva şəhidimizin xatirələrindən söz açmış və gənclərə bu cür fəaliyyətlərinə görə öz minnətdarlığını bildirmişdir. Daha sonra çıxış edən Birinci Qarabağ müharibəsində batalyon komandiri olmuş mayor Səməd Əbilov (Alyanlı) keçdiyi döyüş yolundan və onunla birlikdə qəhrəmanlıqla döyüşmüş, yaralanmış və şəhid olmuş döyüş yoldaşları haqqında qısa xatirələr danışmışdır. Qonaqların çıxışları ilə tədbir davam etmişdir.
 
Görüşün sonunda Gənclərin Mənəvi İnkişafı Birliyi tərəfindən şəhid ailələrinə plaketlər və qiymətli hədiyyələr təqdim olunmuşdur.
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı
GMİİB Bayraq günündə şəhidləri andı

Administratorla əlaqə

077 611-55-22

[email protected]