Şəhid Mahir Mirzəyevin təltif edildiyi medal onun ailəsinə təqdim edilib.
Qoşunların təmas xəttində mənfur
erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı
hücumun qarşısını alarkən qəhrəmancasına həlak olan, Nərimanov rayonundan hərbi
xidmətə çağırılmış, 1994-cü il
təvəllüdlüşəhid Mahir Mirzəyevin 19 may 2016-cı il tarixdə qırx mərasimi keçirilib.
Rayon rəhbərliyi, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, gənclər və ictimaiyyətin nümayəndələri şəhidin ərazi bütövlüyü uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı məkana gələrək onun məzarını ziyarət ediblər.
Böyük izdihamla keçən hüzr mərasimində isə şəhidin həyat və döyüş yolundan söhbət açılıb, bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Milli Məclisin
deputatı Adil Əliyev mütəşəkkil və yenilməz Azərbaycan Ordusu
tərəfindən aprel
döyüşlərində erməni hərbi birləşmələrinin hücumunun qarşısının qətiyyətlə alındığı,
həyata keçirilən operativ cavab tədbirləri nəticəsində sarsıdıcı zərbələrlə qəsbkarların
xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv
edilərək düşmənin vahiməiçində geri çəkildiyivə nəticə etibarı ilə işğal altında olan geniş ərazilərimizinazad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarının döyüş meydanında göstərdiyi şücaətdən danışıb, Mahir Mirzəyevin də vətənpərvər ruhda böyüdüyünü və bu ülvi hisslərin sayəsində də onun şəhidlik zirvəsinə ucaldığını qeyd edib.
Mərasimdə Mahir Mirzəyevin
timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi
olaraq yaşayacağı və heç zaman unudulmayacağı vurğulanaraq, bu gün xalqımızda qələbəyə
inam əzminin daha güclü olduğu və bu inamın Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən,
maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin sayəsində
daha da yüksəldiyi, tezliklə erməni faşizmi üzərində möhtəşəm qələbənin işğal
altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə edilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən onun ailəsinə təqdim edilib.
Sonda Şəhidin atası Sabir Mirzəyev dövlətimiz
tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını
bildirib, Mahirin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs
şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən
çağıracağı təqdirdə
müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an
hazır olduğunu söyləyib, şəhidlərimizin qanının yerdə qalmayacağına söz verib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!