Əsas Səhifə / Layihə

“Gənclərin ideya məktəbi”nin yekun təqdimatı olub -FOTOLAR

10-02-2016, 22:42

“Gənclərin ideya məktəbi”nin yekun təqdimatı olub -FOTOLAR06 fevral 2016-cı il tarixində Sumqayıt Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Nabat Atayeva tərəfindən icra olunan "Gənclərin ideya məktəbi” layihəsi çərçivəsində yekun konfrans keçilrilib. İlk öncə çıxış edən layihə rəhbəri Nabat Atayeva layihə müddətində keçirilən təlimlər,görülən işlər və Gənclər Fondu haqqında geniş məlumat vermişdir.Daha sonra Gənclər

 

Fondunun rəsmi nümayəndəsi Jalə Məmmədova,təlimçi Ceyhun Hüseynzadə çıxış edib.

Layihə müddətində iştirakçılar əvvəlcədən online olaraq qeydiyyatdan keçmiş,növbəti mərhəhələdə intervyuda iştirak edərək seçilmişdir.Layihə çərçivəsində keçirilən ilk təlim təlimçi Ceyhun Hüseynzadənin təqdimatında "Event managment”,2-ci təlim AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi,fəlsəfə doktoru Müşfiq Şükürovun təqdimatında "İdeyalar cəmiyyətin və fərdin həyatında",3-cü təlim Ceyhun Hüseynzadə "Layihə və komanda işi” adlı təlim olmuşdur.Layihə müddətində iştirakçılar komandalara bölünmüşdür.Komandalar layihə müddətində əldə etdikləri bilgilər nəticəsində öz ideyalarını layihə formasına salaraq konfransda təqdim ediblər.Komanda üzvləri ”Dəyərlərimizi qoruyaq”,”Savadlı Gənclik,Uğurlu Gələcək”,”Ağdaş pomidor festivalı” layihələrini təqdim ediblər..”Dəyərlərimizi qoruyaq” adlı slayd təqdim olunduqdan sonra komanda üzvlərindən Nuranə Tağıyeva milli geyimdə çıxış edib.Daha sonra komandanın digər üzvü Aslan Qarabağ şikəstəsini ifa edib.Məqsədləri könüllü müəllimlər vasitəsilə aztəminatlı ailələrin uşaqlarına əlavə dərslər vermək olan”Savadlı Gənclik,Uğurlu Gələcək” layihəsini komandanın 3 üzvü təqdim edib.Məqsədi daxili və xarici investorları aran zonasına investisiya qoymağa cəlb etmək olan "Ağdaş pomidor festivalı” layihəsini komandanın üzvləri Könül və Sevinc təqdim etmişdir.Təqdimatdan sonra gənclər mövzularla bağlı maraqlı müzakirələrdə iştirak ediblər.Yekun olaraq layihə müddətində seçilmiş aktiv iştirakçılara sertifikat verilərək ictimaiyyətə təqdim olunublar

xeberman.com

“Gənclərin ideya məktəbi”nin yekun təqdimatı olub -FOTOLAR“Gənclərin ideya məktəbi”nin yekun təqdimatı olub -FOTOLAR“Gənclərin ideya məktəbi”nin yekun təqdimatı olub -FOTOLAR“Gənclərin ideya məktəbi”nin yekun təqdimatı olub -FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]