Layihə

13 noyabr 2016-cı il tarixində “Gənclərin İctimai Davranış qaydalarına münasibəti” adlı layihənin bağlanış mərasimi keçirilmişdir.

19-11-2016, 13:00

13 noyabr 2016-cı il tarixində “Gənclərin İctimai Davranış qaydalarına münasibəti” adlı  layihənin bağlanış mərasimi keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə həyata keçirilən "Gənclərin İctimai Davranış qaydalarına münasibəti” adlı layihənin bağlanış mərasimi keçirilmişdir.

Layihənin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova iştirak etmişdir.

Layihənin birinci mərhələsində gəncləri düzgün ictimai davranış qaydalarına riayət etmələri mövzusunda video çarxın hazırlanması üçün ideya təklif edən gənclərin təklifləri arasından 3 ən yaxşı ideya seçilmiş və həyata keçirilməsi üçün lazımi dəstək göstərilmişdir. Hazırlanmış video çarx layihənin bağlanış günü gənclərə təqdim olunmuşdur.

Layihənin məqsədi Şəhərimizin eləcədə cəmiyyətimizin ictimai mədəniyyət səviyyəsinin yüksəldilməsi, Azərbaycan gəncinin mədəni inkişafında eyni zamanda şəhərimizdə ictimai mədəniyyətin aşılanmasında gənclərin rolunu artırmaq, ideya və təşəbbüslərini dəstəkləməklə, çəkdikləri video çarx vasitəsi ilə küçə və parklarda, ictimai nəqliyyat vasitələrində, ictimai obyektlərdə davranış qaydaları haqqında minlərlə insanı maarifləndirmək , gəncləri düzgün ictimai davranış qaydalarına riayət etmələrinə nail olmaqdır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində qalib gəlib, layihə rəhbəri Fidan Həmzəyevadır.

13 noyabr 2016-cı il tarixində “Gənclərin İctimai Davranış qaydalarına münasibəti” adlı  layihənin bağlanış mərasimi keçirilmişdir.
13 noyabr 2016-cı il tarixində “Gənclərin İctimai Davranış qaydalarına münasibəti” adlı  layihənin bağlanış mərasimi keçirilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]