Əsas Səhifə / Ölkə

“Gənclərin İdeya Məktəbi” - Sumqayıtda

2-01-2016, 22:01
“Gənclərin İdeya Məktəbi” - Sumqayıtda 
 
 
 
Sumqayıtda Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyə dəstəyi ilə "Gənclərin İdeya Məktəbi” layihəsi həyata keçirilir. 
Layihə rəhbəri Nabat Atayevanın verdiyi məlumata görə, "Gənclərin İdeya Məktəbi" gənclərin öz ideyalarını formalaşdırması, onun təqdimatı və həyata keçirmək yollarını öyrətmək üçün böyük fürsətdir. Onun sözlərinə görə, QWERTY Company-nin təşkilati dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 3 təlim və iştirakçiların ideyalarının təqdimatı ilə bağlanış mərasimi olacaq.
Təlimlərdə iştirak etmək istəyənlər <<https://docs.google.com/forms/d/1S2Vb5oVoj9cL9hxK6hbwsTX50H-hcl23lQkP--pUEC0/viewform>> linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Arzu edənlər yanvarın 7-ə kimi qeydiyyatdan keçməlidirlər. İki mərhələdə aparılacaq seçimdə 30 nəfər iştirakçı seçilərək təlimlərdə iştirak etmək hüququ qazanacaqlar. 
Layihə çərçivəsində aşağıdakı mövzuda təlimlər keçiriləcək.
1. Təlimçi: Talıb Bayramov
Mövzu: " İdeyanın təqdimatı"
Keçiriləcəyi tarix: 10 yanvar 2016
2. Təlimçi: Müşfiq Şükürov 
Mövzu: "İdeyalar: fərdin və cəmiyyətin həyatında”
Keçiriləcəyi tarix: 17 yanvar 2016
3. Təlimçi: Ceyhun Hüseynzadə 
Mövzu:"Uğurlu İdeya"
Keçiriləcəyi tarix: 17 yanvar 2016
Layihə çərçivəsində həyata keçiriləcək təlimlərə yanvarın 31-də yekun vurulacaq.
Əlavə məlumat almaq üçün 055 715 64 62, 018 642 54 26 nömrələriylə əlaqə saxlaya bilərsiniz

Administratorla əlaqə

077 611-55-22

[email protected]