Layihə

“Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər başa çatmışdır.

17-03-2016, 01:40

“Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər  başa çatmışdır.Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalib layihəsi olan "Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Zaqatala rayon İcra Hakimiyyətinin və Zaqatala Rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində təlimlər həyata keçirilmişdir.
Təlimlərdə layihə rəhbəri Quliyeva Səbinə Nazim qızı tərəfindən layihə haqqında iştirakçılara geniş məlumat verilmişdir, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Fərhad Abdulov Azərbaycan Respublikasının Gənclər siyasəti, icrası başa çatmış "Azərbaycan “Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər  başa çatmışdır.Gəncliyi 2011-2015-ci illərdə” və təsdiqi gözlənilən "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı, Gənclər Fondu, Fondun prioritet istiqamətləri, qrant müsabiqələri, Fonddan qeydiyyat prosesi və layihə təkliflərinin göndərilməsi mexanizmini iştirakçılara izah edib onların suallarını cavablandırmışdır. Ümumi tanışlıq və rəsmi hissədən sonra layihə yazılması və idarəçiliyi üzrə peşəkar təlimçi Tofiq Sadıxov 4 gün ərzində iştirakçılara problemin müəyyən olunması, layihə ideyasınn formalaşdırılması, layihə təklifinin hazırlanması, büdcə və idarəçilik haqqında təlimlər keçmişdir. Sonuncü gün hər bir iştirakçı ilə fərdi görüşlər keçirilərək təlimdə öyrəndiklərini bir daha möhkəmləndirib gələcəkdə yazacaqları ideyalar haqqında fikir mübadiləsi aparılmışdır. Layihənin davamlığını təmin etmək, iştirakçılar ilə daha sıx əlaqə saxlamaq məqsədilə "facebook” sosial şəbəkəsində layihə ilə eyni adda qrup açılmışdır.
“Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər  başa çatmışdır.Zaqatala rayon Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman şöbələrinin irəli sürdüyü 35 gəncin iştirakı ilə baş tutan layihənin əsas məqsədi Zaqatala rayon gənclərinin fəallığının artırılmasından ibarətdir. Layihə çərçivəsində keçirilən təlim və görüşlər gənclər tərəfindən maraqla qarşılanıb və uğurla həyata keçirilib. Layihənin növbəti mərhələsində layihə iştirakçıları ilkin layihə təkliflərini hazırlayıb 15 mart tarixinə qədər layihənin təşkilat komitəsinə göndərəcəklər. Qəbul edilən layihə təkliflərindən ən yaxşıları seçilərək 18 mart tarixində Zaqatala “Zaqataladan gənc təşəbbüskarlar” layihəsi çərçivəsində təlimlər  başa çatmışdır.Heydər Əliyev Mərkəzində baş tutacaq layihənin rəsmi bağlanış mərasimində həvəsləndirici diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]