Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib.
20 dekabr 2016-cı il
tarixdə "Təfəkkür” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni
Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı
ilə "Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, "Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı, "AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev, "Mənim təhsilim, mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rəşad Bayramov və 120 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan Tələbə - Gənclər Təşkilatının sədri Asəf Cabbarlı tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra "Yeni
Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman
Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək
bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb
etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və
orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihənin vəzifəsi
gənclərə biznes üzrə təlimlərin keçirilməsi, onlara müvafiq qanunvericilik
haqqında məlumat vermək, biznes layihələrin yazılması və idarə edilməsi üzrə təlimlərin
keçirilməsidir.
Qeyd edilən sahə üzrə ekspert
kimi dəvət olunmuş "AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və "Mənim
təhsilim, mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rəşad Bayramov çıxış edərək bildirmişlər ki, biznes,
sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi
imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə
etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib
atributudur. Natiqlər qeyd etdilər ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs
vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə
yetirilməlidir.
Sonda ekspertlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, layihə 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində keçirilir və "Təfəkkür” Universiteti artıq beşinci təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk təlimi Azərbaycan Kooperasiya Universitetində, ikinci təlimi Azərbaycan Dövlət İqtisad Universitetində, üçüncü təlimiBakı Biznes və Kooperasiya Kollecində, dördüncü təlimi isə "Odlar Yurdu” Universitetində keçirilib.