Əsas Səhifə / Müsahibə

Sumqayıt iş adamlarının vəkili danışdı - Elçin Sadıqov: “Bu tamamilə qanunsuzluqdur”

17-03-2018, 17:36
Bir neçə gündür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun aldatdığı və pullarını mənimsədiyi sahibkarlar aclıq aksiyası keçirirlər. 2 milyon 100 min manat pulu Sumqayıtda abadlıq işlərinə xərcləyən iş adamları, bu gün Binəqədi Polis Şöbəsinin rəisi və əməkdaşlarının təzyiqlərinə məruz qalıblar. İş adamlarının aclıq aksiyalarını keçirdikləri ünvana gələn polis əməkdaşları, rəis müavini Oktay və əmliyyatçı Elnur adlı şəxs sahibkarları təhqir edib və hədələməkdən çəkinməyib.

Məsələ ilə bağlı Sumqayıt iş adamlarının vəkili Elçin Sadıqov Xeberman.com-a açıqlama verib. Vəkil bildirib ki, Binəqədi rayon polisinin bu əməlləri tam qanunsuzdur: “Polisin əməlləri qanunaziddir, heç kimin məhkəmə qərarı olmadan şəxsin evinə daxil olmaq hüququ yoxdur. Binəqədi polisinin də aclıq aksiyası keçirilən ünvana gedib sahibkarları hədələməsi və onlara təzyiq göstərməsi vəzifə səlahiyyətlərinin aşması kimi qiymətləndirilməlidir. Baş verən hadisə ilə bağlı biz aidiyyatı qurumlara eləcədə, Baş Prokurorluğa müraciət edəcəyik”.

Mövzuya qayıdacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]