Əsas Səhifə / Şikayət

Polis sahibkarların aclıq aksiyasını zorla dayandırıb –Video

17-03-2018, 16:35

Binəqədi polisi Sumqayıt iş adamlarını hədələyir –Video

Üç günə yaxındır ki, Bakı şəhər Binəqədi rayon ərazisində aclıq aksiyası keçirən Sumqayıt iş adamları rayon polisi idarəsinin təzyiqləri ilə üzləşiblər. Xeberman.com-a məlumat verən iş adamı Məhəmməd Əsgərov qeyd etdi ki, bu dəqiqələrdə Binəqədi rayon polis şöbəsinin rəis muavini və polis əməkdaşları iş adamlarının aclıq aksiyası keçirdiyi ünvana gəliblər və aclıq aksiyasının dəyandırmağı tələb edirlər. İş adamlarının redaksiyamıza göndərdiyi video cəkilişdən məlum olur ki, polis rəi sinin muavini iş adamlarını təhqir etməkdən cəkinmir. Hazırda aclıq aksiyası keçirilən ünvanda polis iş adamlarını evdən cıxarır.

Xatıraldaq ki, iş adamları Sumqayıtın abadlaşdırması üçün xərcələdikləri pulu İcra başıcıs Zakir Fərəcovdan ala bilmədikləri üçün aclıq aksiyasına başlayıblar. Həmin video çəkilişi diqqətinizə catdırırıq.



Xeberman.com-un verdiyi məlumata görə, aclıq aksiyasının 11 iştirakçısı Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Xeberman.com-un verdiyi məlumata görə, bu gün Binəqədi rayon polisi bir qrup sahibkarın aclıq aksiyasını zorla dayandırıb. Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onların əməyinə görə ayrılan pulu ödəməsini tələb edirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]