Media

Əvəz Zeynallı sərbəst buraxıldı

20-12-2017, 20:27

Jurnalist Əvəz Zeynallının məhkəməsi keçirilib.

Xeberman.com Lent.az-a istinadla xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə jurnalist 200 manat cərimə edilib və azadlığa buraxılıb.

Qeyd edək ki, Əvəz Zeynallı dünən saxlanılaraq Binəqədi rayon 4-cü Polis Bölməsinə aparılmışdı. Onun vəkili Elçin Sadıqov açıqlamasında Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) iş qaldırıldığını bildirmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]