Siyasət

Sumqayıt polisinin qanunsuz əməlləri barədə video yayıldı

30-03-2016, 19:56
Sumqayıt şəhər polis idarəsində Rəşad Abbasov adlı vətəndaşa işgəncələr verilib. Ağır bir cinayəti boynuna qoymaq üçün polis işçiləri ona ağır bədən xəsarətləri yetiriblər.
"Azadlıq" qəzetinin 27 mart 2016-cı il tarixli sayından:
"Rəşad Abbasov bildirib ki, ona amansız işgəncələri əsasən 1-ci bölmənin Azər adlı rəisi və bölmənin cinayət axtarış şöbəsinin Mirnemət adlı rəisi verib: "Qayışımı çıxarıb ayaqlarımı bağladılar. Əllərimi isə qandalladılar. Yerə yıxdılar. 4-5 nəfər oturdu üstümə. Kimi başıma, kimi qarnıma zərbələr endirdilər. Rəis Azər başıma zərbələr endirirdi. Və deyirdi ki, ”cinayəti boynuna al, sənin də işin yüngülləşsin, bizə də əziyyət vermə". Bədənimin müxtəlif yerlərinə elektroşok verdilər. Dabanlarıma o qədər vurdular ki, hissiyyatım itdi. Bundan sonra sümüklərimə vurdular. Indi sidiyə gedə bilmirəm. .."

Sumqayıt polisinin qanunsuz əməlləri barədə video yayıldı

Administratorla əlaqə

077 611-55-22

[email protected]