Əsas Səhifə / Media

Satirik jurnal bağlandı - Musa peyğəmbəri təhqir etdiyinə görə

18-02-2017, 01:08
Türkiyənin satirik jurnalı bağlanıb.

Trend-in məlumata görə, Türkiyənin məşhur "Qırqır" satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu. Sosial mediada bu karikatura böyük söz-söhbətə səbəb olmuşdu.

Jurnalı nəşr edən şirkət bu gün dərginin fəaliyyətinə son qoyulması və işçilərin redaksiyadan qovulması barədə açıqlama yayıb.

Açıqlamada o da qeyd olunur ki, sözügedən karikatura şirkətdən xəbərsiz son anda çapa verilib: "Bununla bağlı məhkəməyə müraciət olunacaq".

Administratorla əlaqə

077 611-55-22

[email protected]