Xəbərlər

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək

26-01-2017, 10:49
Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Report Türk Dünyası Mühəndis və Memarlar İttifaqının baş katibi İlyas Dəmirçiyə istinadən xəbər verir.

Məlumata əsasən, Türkiyənin baş nazirinin Azərbaycana martın 16-18-də səfər edəcəyi gözlənilir.

B.Yıldırımın başçılıq edəcəyi nümayəndə heyəti “Qitələri əhatə edən energetika və nəqliyyat meqalayihələri” şəhərsalma konfransında iştirak edəcək. Konfrans Türk dünyası Mühəndis və Memarlar İttifaqı və Türk dünyasının vətəndaş cəmiyyətləri Şurası tərəfindən təşkil olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]