Əsas Səhifə / Siyasət

Akif Qurbanov : "Ümid edirik, hökumət yeni tərkiblə işləyəcək”.

22-01-2017, 01:14
Akif Qurbanov "Facebook" səhifəsində bildirib ki, Dünən MSŞA Koalisiya Şurasında mühüm qərarlar verdik.

"Çoxtərəfli Qrupda Koalisiya üzvlərinin fəaliyyət Reqlamenti"nə uyğun olaraq ÇTQ üzvlərinin seçkisi hər ilin başlanğıcında olan Şura iclasında yenidən aparılmalı və gizli səsvermə ilə ÇTQ-yə yeni üzvlərin seçkisi keçirilməlidir. Bu tələbə uyğun olaraq dünənki iclasda yeni seçkilər keçirldi ve ÇTQ-yə gizli səsvermə ilə
Gubad Ibadoglu,
İlqar Ehtiram Huseynlı,
Nesimi Memmedli,
Oktay Gülalıyev,
Azer Resul və
Fuad Rəsulov seçildi.
İndi məsələ qaldı Hökümət tərəfinin bu tərkiblə işləməyinə. Ümidvaram hakimiyyət gerçəklikləri qəbul edib, Koalisiya üzvlərinin iradəsi əsasında seçilmiş Şura üzvlərinin gizli səsverməsilə seçilmiş bu tərkibin fəaliyyətinə əngəl törətməyəcək. Əks halda, Martda gözlənilən EITI Beynəlxalq İdarə Heyətində bizi nə gözlədiyini anlamalıyıq.
Toplantıda həmçinin yaxın zamanlarda ölkəmizə səfəri gözlənilən EITI Idarə Heyətinin sədri Fredrik Reynfeldtə ünvanlanmış müraciət də qəbul etdik.
Eyni zamanda Şuranın iclasında Ramin Hacili (Avropa Hərəkatı olaraq), Rövşən Quliyev, Sadiq Aliyev, Gəray Əliyev və Muhammed Asadullazadenin müraciətlərinə baxıldı və onlar gizli səsvermə ilə Koalisiya üzvü seçildilər.
Bütün seçilən həmkarları təbrik edir, şəffaflığın artırılması istiqamətində olan fəaliyyətlərinə uğurlar diləyirəm.
Daha ətraflı yəqin ki, yayılacaq Şuranın açıqlamasından tanış ola biləcəksiniz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]