Ölkə

Xəzər RİH-nin memarı saxta sənəd verdiyini etiraf etdi – (VİDEO-FOTO)

5-11-2016, 01:04
Xəzər RİH-nin memarı saxta sənəd verdiyini etiraf etdi – (VİDEO-FOTO)Şikayətçi Cəbiyev Mahir Naib oğlunun torpaqla bağlı yaranan problemli məsələyə aydınlıq gətirmək üçün Xəzər rayonu İcra Hakimiyyətində olduq. Xəzər Rayon İcra Hakimiyətində Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalov özü bir daha təsdiq etdi ki, o ərazilərin torpaq xəritəsi bizdə yoxdur. Abşeron Rayon İcra Hakimiyyətinə aiddir. Ətraflı olaraq musahibimizin öz dilindən eşitsək dahada yaxşı olar.



Şikayətçi bildirir ki, torpağı Kazımova Elmira Qardaş qızına satan şəxslər – öz imza və səlahiyyətlərində olan dövlətin ona etibar etdiyi peçatdan istifadə edərək mənə məxsus 0.8 hektar olan torpağıma əlimdən almaq istəyirlər. Hələ bu azmış kimi məni məhkəmə ilə də hədələyirlər. Mənə məxsus 0.8 hektar torpaq sahəm Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxozunda yerləşir. Həmin Hövsan Südçülük Sovxozundakı bütün ərazilər Abşeron Rayon İcra Hakimiyyətinin tabeçiliyindədir. Amma, üç ilə yaxındır ki, mən əlimdəki qanuni sənədimlə subut edə bilmirəm ki mənə sənəd Abşeron Rayon İcra Hakimiyyəti tərəfdən verilib. Necə olur ki, mənim qanuni 0.8 hektar torpaq ərazisinə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Qardaşova Elmira Qardaş qızına sənəd verilir. Nəhayyət ki, Kazımova Elmira Qardaş qızına Hövsan Südçülük Sovxozu ərazisində verən Xəzər rayonu Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev və Xəzər Rayon İcra Hakimiyətində Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalov bir daha özü təsdiq edir ki, Hövsan Südçülük Sovxozu ABŞERON RAYON İCRA HAKİMİYYƏTİNİN TABEÇİLİYİNDƏ OLAN ƏRAZİDİR. Buda onun subutudur ki, Kazımova ELmira QArdaş qızı mənim qanuni torpağımı hansısa qanunsuz bir yolla əldə etdiyi saxta sənədlərlə almağ istəyir şikayyətçi Cəbiyev Mahir Naib oğlu musahibəsində bildirdi.


Azərbaycan respublikasının prezidenti dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsiplərinə əməl olunması ilə bağlı müntəzəm çıxışlar edib, tapşırıqlar verir. Ancaq çox təəssüflər olsun ki, prezidentin bu sözlərinə qulaq asıb əməl etməyənlər Xəzər rayonu Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev və Xəzər Rayon İcra Hakimiyətində Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalovdur.
Tural muəllim əgər xəritə yoxdursa necə siz sənəd verə bilirsiniz həmin ərazilərə? Çox Maraqlı sualdır elə deyilmi? İnanıram ki, tazliklə haqq-ədalət yerini tutacaq və qanunsuz saxta əməllərinə görə cinayətkar öz cəzasını alacaq.

P.S. Yaxın günlərdə «sənəd» verdiyi ərazilərlə bağlı geniş məlumat verəcəyik.Maraqlı məqamlardan biri də odur ki, qanunvericiliyə əsasən bələdiyyələr torpağı hərrac yolu ilə sata bilərlər. İddia olunur ki, Binə qəsəbəsində satılmış torpaqlara görə verilmiş sərəncamların bəziləri saxtadır Araşdırmaçı Jurnalist olaraq bunu deyə bilərəm ki, ölkədə yüksək vəzifəli məmurları prezident təyin edir vəzifəyə və PREZİDENT tərəfdən təyin olunmuş vəzifəsindən süi istifadə edən məmur prezidentin muvafiq tapşırıqları əsasında da tutduğu vəzifə səlahiyyətlərindən uzaqlaşdırılır.

Bu şəxslər barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə jurnalist araşdırması aparıldı. Nəticələri araşdırmalarımızda təqdim etdik. Artıq subutlar göz önündədir. Xəzər RİH-nin başçsından və əlaqədar şəxslərindən isə araşdırmamıza yardımçı olmağı bir daha xahiş edirik. Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq….(təfərrüatı növbəti məqaləmizdə)

Qarşı tərəfi də dinləməyə hazıriq

Emin RamazanovXəzər RİH-nin memarı saxta sənəd verdiyini etiraf etdi – (VİDEO-FOTO)
Xəzər RİH-nin memarı saxta sənəd verdiyini etiraf etdi – (VİDEO-FOTO)

Administratorla əlaqə

077 611-55-22

[email protected]