Ölkə

PİRALLAHI RAYON İCRA HAKİMİYYƏTİNİN İKİLİ OYUNLARI

29-01-2016, 13:32
PİRALLAHI RAYON İCRA HAKİMİYYƏTİNİN İKİLİ OYUNLARIDaxil olan məlumatlara əsasən bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə "Torpaq İslahatı və torpaq bazarı haqqında


"Azərbaycan Respublikası Prezidentinin Yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqı qaydaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı və 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına uyğun olaraq "Əjdəkan LTD” MMC-nin müraciətinə və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 1134 saylı razılıq məktubu , 20.10.2006-cı il tarixli 13 saylı protokolu əsasında Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində turizm mərkəzi yaratmaq üçün 10,0 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. Həmin protokolun əsasında icarə hüquqi ilə istifadəsində olan 10,0 ha torpaq sahəsi və ona bitişik əlavə 23.16 ha, ümumilikdə 33.16 ha torpaq sahəsi Torpaq Məcəlləsinin 50.1 maddəsinə əsasən İstirahət və Turizm Mərkəzinin tikintisi məqsədilə "Əjdəkan LTD” MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi icarədar tərəfindən külli miqdarda vəsait, o cümlədən texnika və əmək sərf olunmaqla məişət tullantıları və digər çirkablardan təmizlənərək abadlaşdırılmış, torpaq səthinin hamarlanmasına nail olunmuş, əraziyə 10 000-nə qədər (on min) yük maşını münbit torpaq gətirilmiş, 1000 (min) ədədlərlə həmişəyaşıl və meyvə ağacları əkilmiş, ərazi standart mişar daşları ilə hasara alınmışdır. Hətta ərazidə məqsədə uyğun olaraq bir sıra tikintilər də aparılmışdır. 

"Əjdəkan LTD” MMC Bakı şəhəri, Xəzər rayonu, Pirallahı ŞTQ, Pirallahı adası, ev cənub-qərb Turizm Mərkəzinə məxsus edilən həmin ərazi, yeni yaranmış Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Vasif İmanovun təzyiqlərinə məruz qalmış, eyni zamanda Bələdiyyə rəhbərliyinin özünə bəlli səbəblərdən qanuni əsaslarla sahibkara və onlarla ayrı-ayrı vətəndaşlara verilmiş torpaq sahəsini geri almaq məqsədi ilə saxtakarlıqlara yol açmışlar.

Şikatətçi "Əjdəkan LTD” MMC-nin icraçı direktoru Rüfət Vəliyevin redaksiyamıza təqdim etdiyi sənədlərin surətinin çıxarışından göründüyü kimi "Əjdəkan LTD” MMC və "ASV-L” MMC-yə ayrılan qanuni torpaq sahəsinin mübahisələri zəminində payçılar məhkəmə iddiası ilə məsələyə hüquqi tərəfdən də aydınlıq gətirilməsinə nail olmuşlar. Mübahisəli məsələyə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2537/2013 saylı qərarına əsasən iddianın təmin olunması üçün aidiyyatı ünvanlara göndərilmişdir. Aidiyyatı məsələ üzrə işə Gürgan-Pirallahı Bələdiyyəsinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasında baxılaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2537/2013 saylı qərarı yenidən qüvvədə qalmışdır.

Nəticədə "Əjdəkan LTD” MMC və "ASV-L” MMC-yə ayrılan qanuni torpaq sahəsində qeyri-qanuni söküntülər aparılmışdır. Məsələyə aydınlıq gətirmək üçün R.Vəliyev bütün sənədlərlə birlikdə Pirallahı Rayon Polis İdarəsinin rəisi C. İsmayılovun yanında olmuşdur. Polis İdarəsi tərəfindən cinayətkarlar araşdırılaraq, tapılıb cinayət məsuliyyətinə cəlb olunmalı təqdirdə, sahibkarın şikayətinə polis rəisi məhəl qoymamışdır. C.İsmayılov sahibkarın sənədləri və işi ilə tanış olduqdan sonra ona yazılı surətdə məhkəməyə müraciət etməyi göstəriş vermişdir.

Görəsən, Pirallahı Polis İdarəsinin rəisi həmin torpaqda maraqlıdırmı?

Elə isə ərazi üzrə törədilən bu kimi qeyri-qanuni məsələlərə görə vətəndaşlar kimə müraciət etməlidirlər?

Ümid edirik ki, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin göstərişlərini rəhbər tutaraq aidiyyatı qurumlar məsələyə ciddi yanaşacaqlar.

Araşdırmalarımız davam edir..

Administratorla əlaqə

077 611-55-22

[email protected]