İqtisadiyyat

Xalq boğulur, monopolist nazirlər ölkəni şikəst edir - Faktlar

13-10-2016, 01:44
Ölkədə bahalaşma, işsizlik, kredit borclarının ödənişində fəlakətli mənzərə Azərbaycana iqtisadi cəhətdən bədbin gələcək vəd edir

Politika.Az xəbər verir ki, referendumdan sonra real islahatlar olmasa ölkə iqtisadi baxımdan çökə bilər. 

Regionun lider dövləti adını qazanmış Azərbaycan iqtisadi inkişafı davam etdirmək üçün sistemli reformlar etməlidir. 

Bunun da ilkin mərhələsi hakimiyyətin içində kök salmış inhisarçı qüvvələrdir. Monopolist məmurlar ölkəni iqtisadi cəhətdən şikəst edib. 

Onların inhisarçı maraqları nəticəsində ölkədə idxal və ixrac, o cümlədən istehsal prosesində qanunsuzluq hökm sürür. 

İş adamları məhz həmin qüvvələrin monopoliyası ucbatından iş görə bilmirlər. Prezident də çıxışında sahibkarların fəaliyyətinə toxunub və onlara işləməyə imkan yaradılması barədə göstəriş verib. 

Lakin ölkə başçısının xəbərdarlığına yüksək səviyyədə əməl olunmayıb. Bu sahədə boşluqlar və kifayət qədər problemlər qalmaqdadır. Referendumdan sonra təcili tədbirlər planı icra olunmasa əhalinin vəziyyəti daha da ağırlaşa bilər. 

Politika.Az-a verilən məlumata görə, monopolist məmurların zəiflədilməsi və dayaqlarının sarsıdılması istiqamətində addımlar atılacaq. 

Hökumətdəki iqtisadçılar da gedişatı izləyir və xalqın güzəranının günbəgün pisləşdiyini görür. Artıq insanlar intihar həddinə çatıb. 

Rayonlarda isə durum daha acınacaqlıdır; kəndlilər əkdiyini bazarlarda sata bilmir, alıcılıq qabiliyyəti aşağı düşüb, qiymətlər getdikcə qalxır, əmək haqlarında artım yoxdur, kredit borcu olan minlərlə insan banklarla məhkəmə çəkişməsindədir və buna baxmayaraq bəzi harınlamış, MTN generalı Eldar Mahmudovun taleyindən ibrət götürməmiş nazir və oliqarx məmurlar xalqa zülm etməkdədirlər, qanunsuzluğa, özbaşınalığa yol verməkdədirlər və monopolist maraqlarında əl çəkmək istəmirlər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]