İqtisadiyyat

Mərkəzi Bankdan “terror”: 1 dollar 2 manata çatır, bazar yanır

10-11-2016, 02:18
Rəsmi məzənnə qalxdıqca kommersiya bankları da dolların alış və satış qiymətlərini qaldırırlar. Artıq banklarda dolların satış qiyməti 1.74 manata yaxınlaşır. 

Deputat Vahid Əhmədovun anonsuz gerçəkləşmək üzrədir. İlin lap sonuna yaxın 1 dolların 2 manat olmaq ehtimalı yüksəkdir. 

Politika.Az xəbər verir ki, 1 dolları Günaybank 1.7353 manata, Kapital Bank 1.7352 manata, Unibank 1.7352 manata, Yapı Kredi Bank Azərbaycan 1.7352 manata, AGBank 1.7352 manata satıb. 

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 9-nə olan rəsmi məzənnəsini 1,6781 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. Son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Son günlər əksər ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. 

Bazar və mağazalarda qiymət artımı əməlli-başlı ajiotaja səbəb olub. Dolların bahalaşması ilə bütün malların qiymətini qəpik-qəpik qaldıran mağazalarda bütün məhsullarda, o cümlədən, gömrük rüsumu artırılan məhsulların qiymətində nəzərə çarpacaq dəyişikliklər var. 

Daha çox bahalaşan məhsullar arasında ölkəyə idxal edilən toyuq (əti və ət əlavələri) və yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva və xurma var. Amma bununla yanaşı, ən zəruri tələbat mallarında da qiymət artımı hiss olunur. 

Bəzi işbazlar, inhisarçı qüvvələr və hakimiyyət daxilində monopolist kimi ad çıxarmış məmurlar yaranmış şəraitdən öz xeyrinə sui-istifadə edir. Həmin qruplaşmalar gömrükdə idxal rüsumlarının artmasını bəhanə edərək bahalaşma ajiotajı yaradır. 

Bu da cəmiyyətdə panikaya və gərginliyə səbəb olur. İlin sonunda ölkəni dəhşətli iqtisadi fəlakət gözləyir. Azərbaycanda manatın sünamisinə hazırlıq gedir. Bununla da manatın dəfni və üçüncü devalvasiyanın rəsmiləşdirilməsi təmin olunacaq. 

Politika.Az xəbər verir ki, Mərkəzi Bank xalqa növbəti manat terrorunu yaşatmağa yaxındır. AMB sədrinin yartımaz idarəçiliyi nəticəsində manat günbəgün ucuzlaşır. Ayrı-ayrı ölkələrdə hökumətlər öz daxili bazarını qorumaq üçün addımlar atırlar. 

Bəzən elə rüsum tətbiq edirlər ki, bu öz dəyərindən qat-qat baha başa gəlir. Bu gün Azərbaycanın düşdüyü böhrandan çıxış yollarından biri də yerli istehsalı canlandırmaqdır. Ölkədən dollar çıxmasının qarşısını ala bilərik. Ancaq bir sıra qaydaları da nəzərə almaq lazımdır. 

O məhsullara yüksək gömrük rüsumları tətbiq edilir ki, onlar ölkədə istehsal olunur. Ancaq ölkədə istehsal olunmayan məhsullara rüsumları ümumiyyətlə götürmək lazımdır. Ölkənin ərzaq məhsullarına olan təlabatın 80 faizi daxili istehsalın hesabına təmin edilir. 

Cəmi 20 faiz idxal edirik. Problem odur ki, bizim daxili istehsalımız da xaricdən asılıdır. Ölkəni Somaliyə döndərmək arzusu ilə yaşayan Nazirlər Kabineti aclıq və yoxsulluğun yeni bir mərhələsinin bünövrəsini qoydu. 

İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]