İqtisadiyyat

Üç devalvasiya yaradan məmurların siyahısı prezidentdə

15-09-2016, 02:11
Ölkəni böhrana sürükləyən məmurlar yaxasını kənara çəkib

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, məsuliyyət sahibləri aradan çıxıb. 

Azərbaycanda üç dəfə devalvasiyaya səbəb olan korrupsioner nazirlər günahını etiraf eləsə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hökumət isə bu prosesdə iqtisadi cəhətdən ölkəyə zərər vuran qüvvələrin kimliyini təsbit edib və islahatları reallaşdırmağı qətiləşdirib. Çünki gedişat hakimiyyətin əleyhinə işləyir. 

Ona görə də prezidentə təqdim olunan siyahıda üç dəfə ölkəni devalvasiya bəlasına sürükləmiş nazirlərin adları yer alıb. Onların ölkə iqtisadiyyatına və hakimiyyətin daxili siyasətinə şəxsi maraqları naminə ağır zərbələr vurduğu müəyyən edilib. Artıq kimsə bağışlana bilməz. 

Politika.Az-a verilən məlumaat görə, ilin sonunadək Azərbaycan manatı dollara nisbətən dəyər itirməkdə davam edəcək və 1 dollar azı 2 manatadək bahalanacaq.

Mərkəzi Bankın sonuncu hərraca adəti üzrə 50 milyon yox, 300 milyon dollar çıxarması, ölkədə dollar qıtlığının yaşanması, ekspertlərə görə, ixracatdan asılı olan ölkədə manatla bağlı gedən proseslərin daha da sürətləndiyini göstərir. 

Medalın digər üzündəsə Neft Fondu və Mərkəzi Bankın getdikcə azalan valyuta ehtiyatlarıdır. Ölkədə məmur özbaşınalığının gətirib çıxardığı kulminasiya nöqtəsi nəticədə xalqı səfalətə, hökuməti çətin duruma salıb. 

Hökumət vaxtında devalvasiyaya getməlidir ki, valyuta ehtiyatları tükənməsin. Manat gec-tez öz dəyərini almalıdır. Mərkəzi Bank 12 milyarda yaxın vəsait xərcləyib və öz ehtiyatlarını azaldıb. 

Ancaq talançı, xalqın sərvətlərini oğurlayan, məzlumların, şəhid ailələrinin, köçkünlərin, işsiz, aztəminatlı ailələrin müavinətlərini mənimsəyən, milyonluq maşın və villalara sahiblənən məmurları bu vəziyyət zərrə qədər narahat etmir. Heç tükünü də tərpətmir. 
Üç devalvasiya yaradan məmurların siyahısı prezidentdə
Politika.Az xəbər verir ki, devalvasiyanın olacağını deputat Vahid Əhmədov da açıqlayıb və ilin sonuna kimi 1 dolların 2 manata yaxınlaşacağını söyləyib. Deputatın çıxışı hökumətin daha ağır böhrana hazırlaşdığına işarədir. 

Əldə etdiyimiz məlumata görə, məmur özbaşınalığı ilə bağlı prezident ciddi cəza mexanizmini işə salacaq. Devalvasiya yaradan və nəzarətindəki şirkətlərdə süni qiymət artımına gedən nazirlər, oliqarx-məmurlar, komitə sədrləri cəzalandırılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]