Kriminal

Tərtərdə dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər

12-10-2016, 17:18
2016-ci il sentyabrında Tərtər rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, sentyabr ayının 28-də Tərtər rayon sakni Orucov Səxavət Rəyat oğlu işgəncə verilərək öldürülüb.

Qeyd edək ki, Səxavət Orucov valyuta dəyişdirilməsi ilə məşğul olurmuş.

Həmin gün saat 17 radələrində Orucov Səxavət Rəyat oğlunun telefonuna zəng edilərək 40000 dollar pul dəyişdirilməsi vədi ilə görüşə çağrılıb. Görüşə gedən Səxavətdən o gündən sonra xəbər alınmayıb.

2016-cı il oktyabrın ayının 6-da S.Orcuovun cəsədi Tərtər rayonunun Mərquşavan kəndində tapilib. Tibbi ekspertiza zamanı meyitin üzərində işgəncə izləri aşkarlanıb. Sözü gedən şəxsin həm gözləri çıxarılıb, daha əvvəl avtoqəza nəticəsində sınmış hər iki ayağı yenidən sındırılıb. Mərhumun üzərindəki özü ilə apardığı  40000 dollar pul və mobil telefonu yoxa çıxıb.

Qeyd edək ki, hadisəni törədənlər hələ də tapılmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]