Gündəm

Şəhid olan və yaralanan hərbçilərimizin adları FOTOLAR

5-04-2016, 19:44
Şəhid olan və yaralanan hərbçilərimizin adları FOTOLAR
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərində apardığı araşdırmalara görə, aprelin 1-5-də cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 37 hərbi qulluqçusu həlak olub. 10 yaralının adı bəllidir.
Həlak olanlardan 19-u əsgər, 6-sı Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 2-i gizir, 10 nəfəri isə zabitdir.
 
Onlar aşağıdakılardır:
 

Həlak olanlar:

  1. Baş leytenant Bəkir İsmayılov, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
  2. Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.
  3. Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü. Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub.
  4. Əsgər Rəvan İsmayıl oğlu Nurayev. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
  5. MAHXQ Qəhrəmanov Ruhim Əşrəf oğlu. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb. 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı. Aprelin 2-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olub.
  6. Əsgər Samir İzayəddin oğlu Kaçayev, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.
  7. Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.
  8. Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
  9. Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.
  10. MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
  11. Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
  12. Baş leytenant Namazov Elvin Məmməd oğlu. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub.
  13. Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.
  14. Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü. 2015-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
  15. Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.
  16. MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.
  17. Əsgər Novruzov Fərahim Adışirin oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-də gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.
  18. Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub. 1997-ci il təvəllüdlü. Ailənin yeganə övladı olub.
  19. Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.
  20. Mayor Rasim Məmmədov (40 yaş). Tankçı. Tabur komandiri. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.
  21. Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1972-ci il təvəllüdlü. Ağdam rayonunda anadan olub.
  22. MAHXQ Əlvan Hüseynov. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
  23. Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
  24. Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
  25. Əsgər Dəmirli Hüseyn Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.
  26. MAHXQ Hümmətov Orxan, Şəki rayonu Kiş kəndindən.
  27. Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1996-cı il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. T.Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqmış.
  28. Əsgər Müstəcəbov Orxan. Qobustan rayonu, Bədəlli kənd sakini.
  29. MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaşmaz rayonunun Əbilyataq kəndində anadan olub.
  30. Əsgər Hacıağayev Cabbarxan. Aprelin 4-də Lələtəpə yüksəlikliyində şəhid olub.
  31. Gizir Əsgərli Nurlan Bayram oğlu. Masallı rayonu Kalinovka kəndi.
  32. Əsgər Süleymanov Vüqar Natiq oğlu. Şəkinin Böyük Dəhnə kəndindən.
  33. Əsgər Quliyev Səyyar Knyaz oğlu. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini. Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
  34. Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu. 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən həlak olub.
  35. Əsgər Məmmədov Murad Vaqif oğlu. Əslən Biləsuvar rayonundan olan M.Məmmədov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
  36. Kapitan Quliyev İnqilab Çingiz oğlu. Aprelin 4-də cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olub. 1983-cü il təvəllüdlü. Gəncədən hərbi xidmətə çağırılıb.
  37. Əsgər Cəbrayılov Ömər Məzahir oğlu. 1997-ci il təvəllüdlü. Ağdaş rayonundan (Şəkili) hərbi xidmətə çağırılıb. Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.

Yaralananlar:

 
1. Əsgər Orxan Cavadov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.
2. Baş leytenant Azər Məmmədov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.
3.Əsgər Qəhrəman Qəhrəmanov çox saylı qəlpə yaraları alıb.
4.Əsgər Allahverdiyev Pərvin Vahid oğlu. Erməni gülləsinə tuş gələn əsgər hal-hazırda hərbi hospitaldadır. Vəziyyəti ağırdır.
5. Üzeyir adlı əsgər.Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.

6.Aydın adlı əsgər. Salyan rayonu Qaraqaşlı kəndindən.

7. Əsgər Quliyev Mansur. Seysulan kəndi uğrunda döyüşlərdə güllə yarası alıb. Masallı rayonundan hərbi xidmətə çağırılıb. Memarlıq ve İnşaat universitetinin məzunudur.

8.MAHXQ Qardaşxan Adıgözəlov. Goranboydan hərbi xidmətə çağırılıb.

9. Əsgər Məmmədov Elçin Ataxan oğlu. 19 yaşlı. Tərtər istiqamətində düşmənlə döyüş zamanı sağ qolundan qəlpə yarası alıb.

10. Əsgər Emin Əliyev. Kəşfiyyat zamanı minaya düşərək eşitmə və danışma qabiliyyətini itirib. Hazırda Gəncə Hərbi Hospitalındadır..

 
Şəhid olanların fotoları:
 
Baş leytenant Bəkir İsmayılov, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.

bekir-ismayilov

Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü.

velizade urfan

Mayor Mustafazadə Təbriz (Mi-24 vertolyotunun ekipajı).

mustafazade tebriz

Əsgər Rəvan Nurayev

revan nurayev

Müddətdən artıq hərbi xidmət qulluqçusu Ruhin Qəhrəmanov, Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.

ruhin-qehremanov

Əsgər Samir Qaçayev, Şamaxı rayonundan hərbi xidmətə çağırılıb

Samir-Qocayev

Əsgər Sərvan Mehrəliyev

Servan Mehreliyev

Əsgər Əliyev Orxan Məhəmməd oğlu

eliyev-orxan

Mayor Əliyev Elnur Adil oğlu.

Eliyev-Elnur-Adil-oqlu

MAHXQ Nicat İsgəndərov

nicat-isgenderov

Gizir Səlimov Elimdar Səlimxan oğlu

elimdar-selimov

Baş leytenant Namazov Elvin Məmməd oğlu

namazov-elvin1

Əsgər Novruzov Ravil Elman oğlu

ravil-novruzov

Əsgər Muradov Rizvan Telman oğlu

muradov-rizvan

Zabit Həmidov Orxan Ənvər oğlu

orxan-hemidov

MAHXQ Qarayev Dilsuz

dilsuz-qarayev

Əsgər Novruzov Fərahim Adışirin oğlu

novruzov-ferahim

Əsgər Bağırov Sərxan Azər oğlu

serxan-bagirov1

Əsgər Mirzəyev Nürəddin Etimad oğlu

mirzeyev-nureddin.jpg

Mayor Məmmədov Rasim Əbdül oğlu

memmedov-rasim

Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu.

orucov-raqub

MAHXQ Əlvan Hüseynov.

elvan-huseynov

Əsgər Bayramov Sərxan Oqtay oğlu

bayramov-serxan1

Əsgər Orucov Müşfiq Arif oğlu

orucov-mushviq

Əsgər Dəmirli Hüseyn Zeynal oğlu

demirov-orxan

Əsgər Hümmətov Orxan

hummetov-orxan

Əsgər Qasımov Teymur Mikayıl oğlu

qasimov-teymur

Əsgər Müstəcəbov Orxan

mustecebov-orxan

MAHXQ Qaibov Elvin Sədrəddin oğlu.

qaibov-elvin

Əsgər Hacıağayev Cabbarxan

cabbarxan-aqayev

Gizir Əsgərli Nurlan Bayram oğlu.

nurlan-esgerli

Əsgər Süleymanov Vüqar Natiq oğlu.

suleymanov-vuqar

Əsgər Quliyev Səyyar Knyaz oğlu.

quliyev-seyyar

Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu.

mehdiyev-reshid

Əsgər Məmmədov Murad Vaqif oğlu.

memmedov-murad

ƏsgərÖmər Cəbrayılov.

omer-cebrayilov

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Administratorla əlaqə

077 611-55-22

[email protected]