Ölkə

Bakıda uşağı girov götürən “İŞİD”çi yox, ehtiyyatda olan zabit imiş - ŞOK EDİCİ FAKTLAR

11-05-2016, 18:22

Xəbər verdiyimiz kimi, Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs bir azyaşlını girov götürüb.


Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, mayın 10-da Sabunçu rayonunda yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.
Aparılmış araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim etmiş şəxsin E. Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyü, azad edilməsi müqabilində 30 000 manat pul istədiyi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını dediyi müəyyənləşib. 
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Saytın əməkdaşı girov götürülən uşağın yaşadığı evə baş çəkib.
Hüseynin anası Ramilə Ramazanlı bildirib ki, oğlu mayın 9-da həyətdə oynayan zaman oğurlanıb: "Hüseyn həyətdə oynayırdı. Üstündən bir müddət vaxt keçəndən sonra gördüm ki, Hüseyn həyətdə yoxdur. Axşam saat 22:00 radələrində bir nəfər zəng edib dedi ki, uşağınızı girov götürmüşəm. Uşağı azad eləmək üçün 30 min manat verməlisiniz. 
Tələb edirdi ki, əvvəlcə10 min, sonra isə 20 min manat verilməlidir. Bundan sonra həyat yoldaşım polisə müraciət etdi. Polis bizə Hüseyni şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlanmış şəkildə tapdı”.
R.Ramazanlının sözlərinə görə, Hüseynin xilas olunmasından xəbərsiz olan Elnur Məmmədov adlı şəxs yenidən onlara zəng edərək, pul tələb edib.
Onun sözlərinə görə, Hüseyni qaçıran Elnurun bu ilin mayın 28-də toyu olacaqmış: "Elnur uşağımıza işgəncə verib. Təsəvvür edin ki, Elnur Hüseynin əlini, ayağını bağlayıb, ona işgəncə verib. Bu, qəddarlıqdır”.
Hazırda Hüseyn və atası polis bölməsində dindirilir.
Hüseyn Ramazanlını girov götürən Elnur Məmmədov onlarla qonşuluqda yaşayırmış.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Elnur Məmmədov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. Valideynlərinin bildirdiyinə görə, E.Məmmədov ehtiyatda olan leytenantdır.
Uşaq oğurluğunda ittiham edilən E.Məmmədovun anası Şərqiyyə Məmmədova əməkdaşımıza bildirib ki, oğlunun İŞİD-çi olması haqda yayılan xəbərlər yalandır. 

 Bakıda uşağı girov götürən “İŞİD”çi yox, ehtiyyatda olan zabit imiş - ŞOK EDİCİ FAKTLAR



`Oğlum İŞİD-çi deyil. O, hədə-qorxu gəlmək üçün özünü İŞİD-çi kimi təqdim edib. Elnur heç vaxt namaz qılmayıb, saqqal saxlamayıb. Onun İŞİD-lə heç bir əlaqəsi ola bilməz. Oğlum İŞİD-çi olsaydı, özümü öldürərdim`-deyə Ş.Məmmədova bildirib.
Onun sözlərinə görə, oğlu E.Məmmədov borcu olduğuna görə, bu addımı atıb.
`Elnurun Topaz-a borcu var idi. Bir dəfə Topaz-a 15 min manat pul uduzmuşdu. Bundan əlavə o, iki nəfərdən işə düzəltmək adı iə pul alıb. Həmin şəxslər pullarını tələbə edirdilər. Elnur bəlkə də buna görə, Hüseyni qaçıraraq pul tələb edib`.
Şərqiyyə Məmmədova bildirib ki, oğlu cinayəti tək törətməyib, Hüseyni Elnurla yanaşı 3 nəfər qaçırıb:`Onların biri qızdır. Hüseyni qız aldadıb, yanına çağırıb. Elnur bu işi tək görməyib. Onunla birlikdə 2 nəfər də olub`.
Anasının bildirdiyinə görə, E.Məmmədov bu hadisəyədək nazirliklərdən birində mühafizəçi işləyib.

Məlumata görə, 8 yaşlı uşağı qaçıran Elnur Məmmədovun atası Kəlbəcərdə girov götürülən Şabhaz Quliyevin bibisi oğludur.

 Bakıda uşağı girov götürən “İŞİD”çi yox, ehtiyyatda olan zabit imiş - ŞOK EDİCİ FAKTLAR


- See more at: https://turkustan.info/news/5792#sthash.Q9vu77hf.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]